Əsas Səhifə > Sosial, Manşet > İRANLI NAMİZƏDDƏN AZƏRBAYCANA QARŞI HƏDƏ GƏLDİ

İRANLI NAMİZƏDDƏN AZƏRBAYCANA QARŞI HƏDƏ GƏLDİ


3-06-2013, 10:45
İRANLI NAMİZƏDDƏN AZƏRBAYCANA QARŞI HƏDƏ GƏLDİ
HƏSƏN RUHANİ AZƏRBAYCANI İRANA TƏHLÜKƏ HESAB EDƏN BƏYANAT VERDİ

DİA.AZ: - İranda prezidentliyə namizədlərdən biri Azərbaycanın bu ölkə ümün təhlükə olduğunu açıqlayıb. Hər halda iki-gündən bir “ABŞ İrana hücum edərsə, biz də Bakını bombalayacağıq” deyən fars-molla rejiminin gözlənilən prezident seçkilərindən sonra rəsmi Bakı ilə münasibətlərini daha da gərginləşdirəcəyi gözlənilən idi.

DİA.AZ olaraq “arannyus” portalında yer alan məlumatı diqqətinizə təqdim edirik:

“Prezidentliyə namizəd Həsən Ruhani İran diplomatiyası barədə söhbətində deyib: “Azərbaycan Respublikası təhlükəsizlik riskinə çevrilib”. O artırıb: “Türkiyənin regionda ambisiyaları bizim üçün problem yarada bilər. Ona görə də bu ölkələrdə baş verən hadisələr diqqətlə izlənilməli və qarşılıqlı olaraq, əsasən də ortaq sərhədlərdə lazımı tədbirlər görülməlidir”.

H. Ruhani Azərbaycan Respublikasının ölkəmiz qarşısındakı mövqe və siyasətlərinə toxunaraq deyib: “Digər şimal qonşular da İranın durumunu dərk etmiş mövqeiyyətdən istifadə edərək öz münasibətlərini qərblə möhkəmləndirməyə çalışır və müxtəlif dərəcələrdə İrandan uzarlaşıb ki, qərblə münasibətlərində problem yaranmasın. Bu ölkələr arasında mübaliğə etmədən demək olar ki, Azərbaycan Respublikası İran üçün təhlükəsizlik riskinə çevrilib”.

H. Ruhani bəzi dövlətlərin İranda etnik təfriqələr yaratmağa çalışmalarına da işarə edərək deyib: “Etnik hərkətlər xarici dövlət və qrupların dəstəyi ilə bu qeyri-normal vəziyyətə kömək etmişdir””.

Geri qayıt