Əsas Səhifə > Güney Press, Araşdırma > ELXAN USUBOVUN DÖVLƏTÇİLİK SAVAD(SIZLIĞ)I
ELXAN USUBOVUN DÖVLƏTÇİLİK SAVAD(SIZLIĞ)I3-06-2013, 11:21 |
BU ADAM BAYRAĞINI BELƏ TANIMIR Şəki şəhərində Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı hörmətsizlik edilib. TİA.AZ xəbər verir ki, 28 May İstiqlal Bayramı münasibəti ilə Şəkinin mərkəzi küçələrində üç rəngli bayraqlar asılsa da, onların üzərində səkkizguşəli ulduz və aypara yoxdur. Onu da qeyd edək ki, bayram günlərində küçələrdə dövlət bayrağının asılması dövlər orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamədə deyilir: 1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. 3. çıxarılıb 4. çıxarılıb 5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. 6. çıxarılıb 7. çıxarılıb Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu 11-ci maddəsində Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsi ilə bağlı cəza da nəzərdə var. Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yazı ilə bağlı Şəki şəhər rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. TIA.AZ hazırda Şəkinin mərkəzi küçələrində asılan bayrağın birinin fotosunu təqdim edir. Geri qayıt |