Əsas Səhifə > Güney Press, Araşdırma > İLQAR MƏMMƏDOV ÖLƏ BİLƏR
İLQAR MƏMMƏDOV ÖLƏ BİLƏR3-06-2013, 12:04 |
ONU KARSERDƏ AC SAXLAYIRLAR Mayın 30-da Kürdəxanı təcridxanasında cərimə kamerasına salınan REAL Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədov ac saxlanılır. Bu barədə Turan-a onun vəkili Xalid Bağırov məlumat verib. O, iyunun 1-də İ.Məmmədova baş çəkib. Vəkil bildirib ki, təcridxanada saxlandığı vaxtdan İ.Məmmədov orada verilən yeməkləri yemir. Bunu həm təhlükəsizlik baxımından, həm də keyfiyyətsiz olduğu üçün edir və adətən ona yemək evdən gəlir. Lakin Məmmədov karserə salındıqdan sonra ona ev yeməyi verilmir, müxalifətçi isə təcridxananın yeməyini qəbul etmir. Vəkilin sözlərinə görə, həmin günlərdə Məmmədov çox arıqlayıb. Heç üzünü qırxmağa da imkan verilmir. Bu yolla onu sındırmaq istəyirlər. X.Bağırov hesab edir ki, Məmmədovun karserə salınması qanunsuz olub. İ.Məmmədov təkadamlıq kamerada qalmaq hüququna malikdir və təxribatdan qaçmaq üçün onun yanına şübhəli şəxsin buraxılmasına əsaslı olaraq etirazını bildirib. Belə ki, fevralın sonunda Məmmədovun yanına bir nəfəri salmışdılar və o özünü şübhəli aparıb. Gah Məmmədova ölkəni tərk etməyi, gah da intihar etməyi təklif edib. Sonradan məlum olub ki, həmin şəxs hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır X.Bağırov bildirib ki, Məmmədovun qanunsuz olaraq karserə salınmasından və onunla qeyri-insani davranışdan məhkəməyə şikayət veriləcək. Lakin şikayətə baxılması Məmmədov karserdən çıxana qədər yubanacaq. Amma o, iyunun 5-dək karserdə qalacaq və aclığın davam etməsi onun səhhəti üçün ağır nəticələr verə bilər. Bununla əlaqədar vəkil Qərb dövlətlərini və beynəlxalq təşkilatların nümayəndələrini Məmmədovun qanuni hüquqlarının təminatına çağırıb. Geri qayıt |