Əsas Səhifə > Cəmiyyət, Manşet > İLQAR MƏMMƏDOVUN HƏBSİ QABAQCADAN PLANLAŞDIRILIB

İLQAR MƏMMƏDOVUN HƏBSİ QABAQCADAN PLANLAŞDIRILIB


3-06-2013, 14:38
İLQAR MƏMMƏDOVUN HƏBSİ QABAQCADAN PLANLAŞDIRILIB
«REAL»IN SƏDRİ QƏRBİN ƏSAS NAMİZƏDİ İMİŞ

DİA.AZ: - Hal-hazırda «karser»də ac saxlanılması ilə bağlı məlumatlar yayılan «REAL» Hərəkatının sədri İlqar Məmmədovla bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən sızan informasiyaya görə, əslində İlqar Məmmədovun həbsi qabaqcadan planlaşdırılıb və onun İsmayıllı hadisələri zamanı sözügedən rayona səfəri də sırf olaraq təhrik hesabına baş tutub.

Mənbə iddia edir ki, əslində İlqar Məmmədov müxalifətin Qərb tərəfindən dəstəklənən prezidentliyə əsas namizədi kimi ortaya çıxmalı idi: «Bununla bağlı Qərbin müəyyən təşkilatlarının layihələri də mövcud idi. Və bu səbəbdən İlqar Məmmədov seçki prosesindən təcrid edilməli idi. Ona qarşı Milli Məclisdə də kampaniya başlamışdı və onun Milli Məclisi «zooparka» bənzətməsi məsələsi də sifariş əsasında şişirdilmişdi.

Lakin sonradan bu plandan vaz keçildi və fürsətin gözlənilməsi qərarı verildi. İsmayıllı hadisələri baş verərkən isə sözügedən qüvvələr hərəkətə keçdilər. Nəzarətlərində saxladıqları və hələ də müxalifətdə təmsil olunan şəxslərdən birinin təhriki, təklifi ilə İlqar Məmmədov İsmayıllıya getdi. Bu da planın icrası üçün yetərli oldu».

Mənbəmiz iddia edir ki, İlqar Məmmədovun azadlığa çıxması məsələsi də yalnız prezident seçkilərindən sonraya təsadüf edə bilər: «Bu müddət ərzində isə REAL sədrinin tam olaraq sıxışdırılması, ondan lider düzəltmə niyyətinin darmadağın edilməsi planı icra olunacaq».

Geri qayıt