Əsas Səhifə > Cəmiyyət, Manşet > ETİBAR PİRVERDİYEV TƏCRİD OLUNUR
ETİBAR PİRVERDİYEV TƏCRİD OLUNUR24-09-2011, 13:45 |
ONUN İSTEFA MƏSƏLƏSİ YENİDƏN GÜNDƏMƏ DAŞINIR Məlum olduğu kimi, son günlər inşaat meydançasına çevrilən Səbayel rayonunun Bayıl qəsəbəsinin ərazisində «Avroviziya-2012» yarışması üçün hazırlıq tədbirləri həyata keçirilməkdədir. Və bu məqsədlə həm Milli Parkın genişləndirilməsi, həm də yeni konsert salonunun və digər xidmət obyektlərinin inşası nəzərdə tutulub. Verilən məlumatlarda bildirilirdi ki, Bayıldakı inşaat işləri «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevlə Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova həvalə edilib. Yəni ərazidəki inşaata ayrılan pullar bu iki məmurun nəzarəti altındadır. Amma son günlər vəziyyət dəyişib. Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan informasiyaya görə, Kərəm Həsənov artıq Etibar Pirverdiyevi bütün istiqamətlərdə sıxışdırmağa başlayıb: «Kərəm Həsənovun qardaşı Malik Həsənovun rəhbərlik etdiyi inşaat şirkəti ASC sədrinin nəzarətindən tam olaraq çıxıb. Bütün hesabatlar Kərəm Həsənova verili rvə maliyyə də Kərəm Həsənovun əlindədir». Bunun hansı səbəblərdən baş verdiyini yalnız ehtimal edən mənbəmiz vurğuladı ki, Etibar Pirverdiyevin hətta Dövlət Bayraq Meydanının inşası «məsuliyyətindən» də azad edilməsi (xatırladaq ki, hələ də Dövlət Bayraq Meydanında inşaat işləri davam etdirilir) bir çox məqamlardan xəbər verir: «Təxminən bir il əvvəl «vurulma» təhlükəsini adlayan ASC prezidentinin görəvdən alınması ilə bağlı iqtidar dəhlizlərində yenidən söhbətlər dolaşmaqdadır. Pirverdyivein «Avroviziya-2012» inşaatından kənarlaşdırılması isə bu söhbətlərin kifayət qədər əsaslı olmasından xəbər verir» (pia.az). Geri qayıt |