Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZAKİR FƏRƏCOVDAN İLGİNC PULYIĞMA METODU

ZAKİR FƏRƏCOVDAN İLGİNC PULYIĞMA METODU


4-06-2013, 11:23
ZAKİR FƏRƏCOVDAN İLGİNC PULYIĞMA METODU
Abşeronun icra başçısı Zakir Fərəcov torpaq alverinin yeni metodunu «kəşf» edib. Jam.az-a daxil olan məlumağa görə, sözügedən rayonda torpaq sahəsi alaraq, ev tikmək istəyənlər hər kvadrat metr üçün 10 manat pul ödəməlidirlər.
Məlumatlarda bildirilir ki, bunun üçün hətta Abşeron rayon İcra Hakimiyyətində «kassa» da yaradılıb. Belə ki, İcra Hakimiyyətinin binasında icra başçısının müavinlərindən birinin otağı «qanuni pul ödəmə» yeri kimi ayrılıb. Torpaq almış vətəndaş da həmin otağa üz tutaraq, orada hər kavdrat üçün 10 manatını ödəyərək, sənədlərini ala bilər.
Bundan başqa, torpaq sahəsində tikinti işləri aparmaq üçün icazənin alınmasında vacib sənədlərdən biri hesab olunan eskiz layihəsinin hazırlanması da ayrıca puldur. Xırdalan şəhərində fəaliyyət göstərən memarlıq şirkətlərindən birinin imaladığı və möhür vurduğu layihə sənədi olmadan sənədlərin qəbulu həyata keçirilmir. Bu şirkət isə birbaşa Zakir Fərəcovun nəzarətindədir. Daha doğrusu, onlarla müqavilə bağlanılıb və alınan 400 manatın yarısı İcra Hakimiyyətinə verilir.

Geri qayıt