Əsas Səhifə > Şou-biznes > FLORA KƏRİMOVA FASİLƏ VERİB
FLORA KƏRİMOVA FASİLƏ VERİB4-06-2013, 11:40 |
Azərbaycanın xalq artisti Flora Kərimova yaradıcılığına fasilə verməyi qərara alıb. Xalq artisti istirahət etməyi planlaşdırır. SİA-ya açıqlama verən xanım Kərimova bu yayı övladları ilə birgə keçirəcək: “Yay mövsümü olduğu üçün yaradıcılığıma hələ ki, fasilə vermişəm. Oğlum və qızım ailəsi ilə birlikdə vətənə qayıdaraq mənimlə istirahət edəcəklər. Onların gəlişinə görə evi səliqə-səhmana salmağa qərar vermişəm. Qızım söz verib ki, 2-3 ay yanımda qalacaq. Həmçinin nəvələrimi də gətirəcək. Bu yayı övladlarım və nəvələrimlə birlikdə keçirəcəm. Sentyabr ayından sənətimlə bağlı işlərimə start verəcəm”. Geri qayıt |