Əsas Səhifə > Şou-biznes > MƏŞHURLARIN HARASI SIĞORTALANIB?

MƏŞHURLARIN HARASI SIĞORTALANIB?


4-06-2013, 11:44
MƏŞHURLARIN HARASI SIĞORTALANIB?
1 MİLYARDLIQ AYAQLAR...

Rihannanın ayaqları 1 milyon ABŞ dolları məbləğində sığortalanıb. Holli Medison eyni məbləğə məmələrini sığorta etdirib. Dolli Parton sığorta şirkətlərinin birində bədəninin qurşaqdan yuxarı hissəsini 600 min dollara qiymətləndirib. Madonnanın məmələrinin hər birinə ayrı-ayrılıqda 1 milyon dollar qiymət qoyulub. Heidi Klumun isə hər bir ayağının qiyməti 1 milyon dollara dəyərləndirilib. Maraqlıdır ki, Kayli Minoq ancaq sağ ayağını 2 milyon dollara sığorta etdirib. Deniel Kreyq “Agent 007”-dən sonra bütün bədənini 9.5 milyon dollara sığortalayıb. Culiya Roberts təbəssümünün itəcəyi təqdirdə sığorta şirkətindən tam 30 milyon dollar müavinət alacaq. Sən demə, Devid Bekhamın ayaqlarının birlikdə dəyəri 70 milyon dollardır. Kristiano Ronaldo isə ayrılıqda hər ayağına 72 milyon dollar qiymət qoyub. Cennifer Lopezin ecazkar oturacağının qiyməti 300 milyon dollardır. Meray Kerrinin ayaqları rekord qiymətə, 1 milyard dollara sığortalanıb. Ceymi Lii Kertisin ayaqlarının qiyməti isə 2.8 milyon dollardır.

Onlar təhlükədən qorunmayıblar, sığortalanıblar...

Geri qayıt