Əsas Səhifə > Dünya > "MİLYARD İL HAKİMIYYƏTDƏ QALACAĞAM"

"MİLYARD İL HAKİMIYYƏTDƏ QALACAĞAM"


14-12-2011, 12:14
"MİLYARD İL HAKİMIYYƏTDƏ QALACAĞAM"

QAMBİYA PREZİDENTİ İŞİ ALLAHA CALAYIR

Qambiya prezidenti Yayya Camenin dediyinə görə, Allahın istəyi olarsa, ölkəni 1 milyard il ərzində idarə edəcək.

BBC bildirir ki, Qambiya müxalifəti dövlət başçısını bu yaxınlarda keçirilmiş prezident seçkilərində total saxtakarlıq, qanunsuzluqlar və seçiciləri təhdid etmək vasitəsilə "qalib" gəlməkdə suçlayır.

Müxalifətçi namizədlər Hüseyn Darbo və Həmat Ba müvafiq olaraq səslərin 17 və 11 faizini yığıblar.

"İnşallah, 1 milyard il hakimiyyətdə olacağam və bu, təbii ki, Allahın istəyindən asılıdır. Müxalifətdə məni ittiham edənlər isə cəhənnəmə gedə bilərlər", - Camme deyib.

Qambiya Mərkəzi Seçki İdarəsinin açıqlamasında bildirilir ki, Camme seçkilərdə səslərin 72 faizini toplayaraq qalib gəlib. Qərbi Afrika ölkələrinin "Ekovas" Regional İttifaqı isə Cammenin kütləvi saxtakarlıqlar və seçkilərin nəticələrini fırıldaqlarla dəyişmək yolu ilə "qalib" gəldiyini bəyan edib.

"Misirin devrilmiş prezidenti Hüsni Mübarək və ya Liviyanın öldürülmüş lideri Müəmmar Qəzzafinin talelərini təkrarlamaqdan qorxmuram. Taleyim Allahın əlindədir. Qambiya xalqına verdiyim vədlərə əməl edəcəyəm", - Camme deyib.


Geri qayıt