Əsas Səhifə > Sosial, Manşet > GENERAL MİRZƏ ALMASOV QAPALI REJİM YARADIB

GENERAL MİRZƏ ALMASOV QAPALI REJİM YARADIB


4-06-2013, 12:43
GENERAL MİRZƏ ALMASOV QAPALI REJİM YARADIB
HƏRBİ LİSEYDƏKİ ÖZBAŞINALIQLARIN ÖRT-BASDIR EDİLMƏSİ NAMİNƏ

DİA.AZ: - Dünən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə baş verən özbaşınalıqlarla bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Bildirək ki, bu hərbi təhsil ocağında əsas problemin məhz daxili nizam-intizamın çox aşağı səviyyədə olması göstərilir.

Xatırladaq ki, keçən yazımızda liseyin rəisi, general-mayor Mirzə Almasov idarəçilik işlərində bəyənilməyən üsullardan istifadə etməsi barədə xəbər vermişdik: "Liseydə dərs deyən müəllimlər kursantlar arasında ayrıseçkilik salırlar. Belə ki, kimin bir az imkanı və arxasında dayağı varsa, müəllimlər onlardan ehtiyat edir. Belə şeylərdən məhrum olanlara isə hər cür problem yaradırlar. Hərbi məktəbdə daxili intizam qaydalarına riayət edilmir. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirlər. Təxminən, iki ay əvvəl liseydə kursantlardan biri yatdığı yerdə dünyasını dəyişdi.

Məktəb rəhbərliyi onun ürək çatışmazlığından vəfat etdiyini açıqladı. Əgər onun ürəyində hər hansı xəstəlik var idisə, nəyə görə liseyə qəbul edilən zaman həkim komissiyası buna baxmamışdı? General liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verir. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq "samavolka"ya çıxırlar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmur. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr gizli saxlanılır".

Mənbəmizin sözlərinə görə, liseydə rəhbər vəzifə daşıyan bəzi şəxslər buranı özləri üçün sanki əsl yeyinti mənbəyinə çeviriblər: "Şöbə rəislərindən biri əlindəki səlahiyyətlərdən istifadə edərək bəzi yaxın qohumlarını, qızını burda işlə təmin edib. Rəis isə buna qarışmır. Savadı dərs deməyə çatmayan bəzi müəllimlər kursantların peşəkar kadr kimi hazırlanmasına maneçilik törədirlər".

Onu da qeyd edək ki, keçən yazımızda da liseydə baş verən neqativ hadisələrlə bağlı genişmiqyaslı araşdırmalara başladığımızı bildirmişdik.

DİA.AZ-ın əldə etdiyi son məlumatlardan aydın olur ki, artıq general Mirzə Almasovun bu hərbi tədris ocağında yaratdığı özbaşına mühit yuxarı instansiyaların da diqqətini cəlb edib. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hətta məsələnin daha da şiddətlənəcyindən ehtiyatlanan general jurnalistlərin hərbi lisey ərazisinə buraxılmaması barədə də xüsusi göətsriş verib.

Bunun nə qədər həqiqətə uyğun olub-olmadığını yoxlamaq istəyən əməkdaşlarımız da deyilənlərin gerçək olduğunu öz gözləri ilə görüblər. hətta lisey rəhbərliyi adından əməkdaşlarımıza bildirilib ki, bura hərbi hissə hesab olunur və qapalı zona olduğundan kimsə buraxılmır. Hər halda, bu gün jurnalistlərin hətta müdafiə nazirliyinin belə ərazisinə rahatlıqla giriş-çıxış imkanının olduğu bir məqamda hansısa bir hərbi liseydə belə bir əlahiddə qapalı rejimin yaradılması heç cürə izah oluna bilməz.

Amma bütün bunlara rəğmən biz mətbuatıq və cəmiyyətin hər bir fərdi üçün açıq olduğumuzdan hələ də lisey rəhbərliyinə öz fikirlərini bildirmələri üçün haqq tanıyırıq. Araşdırmalarımız isə davam edəcək. Bizi izləyin…

Geri qayıt