Əsas Səhifə > Siyasət, Manşet > OQTAY ƏSƏDOV İSTEFAYA GEDİR
OQTAY ƏSƏDOV İSTEFAYA GEDİR14-12-2011, 13:25 |
RAMİZ MEHDİYEV MİLLİ MƏCLİSİ ƏLƏ KEÇİRƏ BİLMƏDİ ELMİRA QAFAROVADAN SONRA İLK DƏFƏ XANIM DEPUTAT PARLAMENTƏ RƏHBƏRLİK EDƏCƏK DİA.AZ. - Bu günlərdə düşmən Ermənistanın parlamentinin rəhbərliyində dəyişiklik baş verdi. Deyəsən, eyni aqibət Azərbaycanda da yaşanılacaq. Hər halda, redaksiyamıza Milli Məclisdəki mötəbər mənbələrdən daxil olan informasiyalarda bu məqam qeyd olunur. Bildirilir ki, parlamentin hazırki sədri Oqtay Əsədova qarşı hakimiyyət daxilində çox böyük bir kampaniya başlayıb və rəqibləri hətta onu yenəcək, rəhbərlikdən uzaqlaşdıra biləcək həddə qədər yetişiblər. Onu da xatırladaq ki, səhhətində də ciddi problemlərin olduğu bildirilən parlament sədrinin dəfələrlə gedişi barədə məlumatlar dövrü mətbuatda yer almışdı. Lakin buna baxmayaraq, açıq şəkildə Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən hədəfə alınan Oqtay Əsədov görəv başında saxlanıldı. Bu prosesi şərh edən yerli analitiklərin qənaəti belə oldu ki, prezident İlham Əliyev Oqtay Əsədovu öz komandasının üzvü kimi görür və Oqtay Əsədov onun üçün lazımlı kadrdır. Digər yandan analitiklər vurğuladılar ki, Oqtay Əsədovun gedişi və onun yerinə Ramiz Mehdiyevə yaxın bir fiqurun gətirilməsi hakimiyyət içindəki balansın PA rəhbərinin xeyrinə ciddi şəkildə dəyişməsi ilə nəticələnə bilər. Bu səbəbdən Oqtay Əsədov hətta sağlıq problemlərinə rəğmən postunda saxlanıldı. İndi isə aydın olur ki, Oqtay Əsədov bir başqa məziyyətlə sıradan çıxarılır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən məlumata görə, parlamentin rəhbərinin yerinə Ramiz Mehdiyevin yox, elə prezdentin adamı gətiriləcək: «Hələlik həmin şəxsin kimliyi tam dəqiqləşməyib. Hakimiyyət dəhlizlərində gəzən söz-söhbətlərə görə, bu posta uzun müddətdir hakim Yeni Azərbaycan Partiyasında külüng vuran və hazırda parlament sədrinin müavini postunu tutan Bahar Muradova gətirilə bilər». Bildirək ki, Bahar Muradova bölgü baxımından zamanında Ramiz Mehdiyevin qrupunda təmsil olunsa da, sonradan o da prezidentin yeniləşən komandasına daxil olmağa müvəffəq olub. Mənbələr bildirir ki, yaxın günlərdə baş verəcək dəyişiklik nəticəsində Azərbaycanda parlamentin rəhbərliyinə mərhum Elmira Qafarovadan sonra ilk dəfə olaraq bir xanım deputat gətirilə bilər. Oqtay Əsədova gəlincə isə, onun böyük bir yanlışı səbəbindən vurulduğu bildirilir: «Vəziyyət elə bir şəklə düşüb ki, hətta prezident də hazırki Milli Məclis rəhbərini müdafiə etmir. Doğrudur, yaranmış situasiyadan mehdiyevçi qrup yararlanmaq istəsə də, buna müvəffəq olmayıblar. Çünki hər şey ustalıqla həyata keçirilir və yeni MM sədri də prezidentə yaxın şəxslərdən biri olacaq». Geri qayıt |