Əsas Səhifə > Güney Press, Araşdırma > XOMEYNİ QORBAÇOVU NƏDƏN XƏBƏRDAR EDİB?
XOMEYNİ QORBAÇOVU NƏDƏN XƏBƏRDAR EDİB?5-06-2013, 09:35 |
O, SSRİ-NİN DAĞILACAĞINI SÖYLƏMİŞDİ DİA.AZ: - Xomeyni adından SSRİ-nin prezidenti olmuş Mixail Qorbaçova göndərilən məktub dərc olunub. Həmin məktubun DİA.AZ oxucularına da maraqlı olacağını zənn edib, olduğu kimi diqqətinizə təqdim edirik: "Cənab Qorbaçov! 70 ildən sonra sizin bəzi respublikalarınızın məscidlərinin minarələrindən “Allahu Əkbər” və xətm mərtəbəsində olan Həzrətin (s) şəhadət verən səs ucalanda, doğru Məhəmmədi (s) İslamın bütün tərəfdarlarını sevincdən ağlatdı buna görə də sizə iki dünya görünüşünü, yəni maddi və ilahi dünya görünüşlərini xatırlatmağı gərəkli gördüm. Materialistlər dünya görüşlərində “Hiss”i tanımanın meyarı kimi qəbul edir və hiss olunmayan bir şeyi elmdən uzaq bilirlər. Onlar varlığı maddə ilə bərabər sanırlar və maddəsi olmayan hər bir şey onlara görə mövcud deyildir. Buna görə, onlar üçün qeyb dünyası və Allah-Taalanın varlığı vəhy, nübüvvət və qiyamət kimi qeyb dünyasına aid olanların hamısı bir nağıldır. Halbuki, ilahi dünya görünüşündə tanımanın meyarı “ hiss və düşüncədir” və ağıla batan şey hiss olunmasa da elm çərçivəsində yerləşir. Buna görədir ki, varlıq qeyb və şəhadəti əhatə edir və maddəsi olmayan şey mövcud ola bilər və maddi mövcud mücərədə istinad etdiyi kimi hissi tanıma da əqli tanımaya bağlıdır. Qurani məciddə maddi təfəkkrün əsası tənqid olunur və “Allah yoxdur” olsaydı gözə görünərdi xəyalları olanlara buyurur. Əziz və kərim Quran və onun vəhy, nübuvvət və qiyamət üçün gətirdiyi əsaslandırmalardan keçək, çünki sizin fikrinizə görə mübahisənin başlanğıcıdır. Doğrusu sizi fəlsəfə məsələlərinə xüsusilə də islami filosofların toxunduğu xırdalıqlara çəkmək istəmirəm. Ancaq siyasətçilərin istifadə edə biləcəkləri sadə fitri və vicdani örnəklə kifayətlənirəm. Bu çox aydndır ki, maddə və cisim nə olur olsun özündən xəbərsizdir. Bir daş heykəlin və ya insanın özünün maddi heykəlinin hər bir hissəsi digəri ilə örtülüdür. Halbuki, insan və heyvanın öz bədəninin hər bir hissəsindən xəbəri olmasını açıq aydın görürük. Harada olduğunu, ətrafında nələr baş verdiyini və dünya hadisələrini bilir. Deməli, insan və heyvanda maddədən üstün olan başqa bir şey vardır və bu varlıq maddi aləmdən ayrıdır və əbədidir. İnsan öz fitrətində hər bir kamalı mütləq şəkildə istəyir və siz insanın dünyada mütləq güc olmaq istəyini yaxşı bilirsiniz. İnsan qüsurlu olan heç bir gücə bel bağlamır, əgər aləm onun ixtiyarında olsa və ona “Başqa bir dünya da var” deyilsə, fitrətcə o dünyanı da öz ixtiyarına almaq istəyər. İnsan nə qədər bilikli olsa da əgər ona deyilsə ki, başqa biliklər də var o bilikləri öyrənməyə meyl edər. Deməli, insanın ürək bağlaya biləcəyi güc və bilik mütləq olan güc və bilikdir. Özümüz fərqinə varmasaq belə, hamımızın yönəldiyi Allah-Taaladır. İnsan Allahda fani olmaq üçün “mütləq həqqə” yetişmək istəyir. Əslində hər bir insanın yaranışında olan sonsuz həyata maraq və ölümdən uzaq düşmək və sonsuz dünyanını mövcudluğunun nişanəsidir. Cənab Qorbaçov! İndi bu müqqədimələri bu məsələri söylədikdən sonra sizdən islam dini üzrə ciddi araşdırmalar aparmanızı istəyirəm. Bu istək islam və müsəlmanların sizə ehtiyacı olduğundan deyil, bəlkə bütün xalqların rahatlıq və qurtuluş yolu ola biləcək və bəşəriyyətin üzləşdiyi çətinlikləri aradan qaldıra bilən İslamın, dünyanı əhatə edən yüksək dəyərləri üçündür. Doğrudur, islami və qeyri islami ölkələrin maddi və mənəvi sərnayələrinin böyük qüdrətlər və digər qüdrətlər ixtiyarına keçməsinə vəsilə olan din və xalqın başına “din siyasətdən ayrıdır” deyə bağıran din cəmiyyətin əfyunudur. Amma, bu artıq kerçək din deyil, bəlkə bizim xalqımızın deyişi ilə Amerikalı dindir. Cənab Qorbaçov! Son olaraq açıq aşkar elan edirəm ki, İran İslam Respublikası islam dünyasının ən qüdrətli və ən güclü bazası kimi çox rahatlıqla sizin rejiminizin düşüncə boşluğunu doldura bilər. Hər halda, bizim ölkəmiz keçmişdə olduğu kimi, yaxşı qonçuluq və qarşılıqlı əlaqəyə inanır və onu möhtərəm sayır. Vəssəlamu əla mənit- təbəəl – huda Ruhullah Musəvi Xomeyni" Geri qayıt |