Əsas Səhifə > Dünya > İRANI QARŞIDIRACAQ ŞOK FAKTLAR
İRANI QARŞIDIRACAQ ŞOK FAKTLAR14-12-2011, 13:28 |
AYƏTULLAH XAMNEYİNİN OĞLU ÇEVRİLİŞ HAZIRLAYIB İranın dini lideri ayətullah Xamneyinin oğlu Mectaba atasının qətlini və İranda çevriliş hazırlayıb. Bu sensasion xəbəri bu gün İsrail KİV-i “Əl-Ərəbiyə” telekanalına istinadən yayıb. Hakimiyyət tərəfindən üstü açılan çevrilişin hazırlanmasında İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli zabitləri iştirak ediblər. Onlar, o cümlədən İran liderinin oğlu həbs olunub. “Əl-Ərəbiyə” bildirir ki, ayətullah Xamneyi təhqiqatın gedişini şəxsən izləyir və müstəntiqləri özü təyin edib. Sui-qəsd Tehranın yaxınlığındakı bazada baş verməliydi. Belə ki, üç həftə əvvəl orada baş vermiş partlayışda 30-dan çox adam həlak olub. Sui-qəsddən dərhal sonra hərbi çevriliş başlamalı idi. Nəticədə ölkədə hakimiyyətin kiçik Xamneyinin rəhbərliyi ilə müvəqqəti şuraya verilməsi planlaşdırılmışdı. Xatırladaq ki, ötən gün İran hakimiyyəti ABŞ və İsrailin 15-ə yaxın agentinin həbs olunduğunu bildirib. Onların adları açıqlanmayıb. Geri qayıt |