Əsas Səhifə > Sosial, Manşet > ABBAS ABBASOV DEPUTAT OĞLUNU ÖLKƏDƏN QAÇIRIR

ABBAS ABBASOV DEPUTAT OĞLUNU ÖLKƏDƏN QAÇIRIR


5-06-2013, 10:23
ABBAS ABBASOV DEPUTAT OĞLUNU ÖLKƏDƏN QAÇIRIR
RATİ SƏDRİ RƏSMİ BAKI İLƏ YOLLARINI TAM OLARAQ AYIRMAĞI QƏSD EDİB

DİA.AZ: - Ayrı-ayrı hakimiyyət adamlarının «mən Abbas Abbasovla danışdım, o bildirdi ki, oyunlara girmək istəmir» deyərək hakimiyyətin daralan hövsələsinə əncam çəkməyə çalışması, əslində səmərəsiz fəaliyyətdən başqa bir şey deyil. Ən azından bu gün Azərbaycan baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasovun bir siyasi fiqur olaraq qabarmasından, eyni zamanda çox ciddi fəaliyyət sərgiləyərək «oyun» deyilən siyasətin tam ortasında görünməsindən real heç nə yoxdur. Bu reallıqdır.

Bəli, Abbas Abbasov rəsmi Bakını arxayın salaraq, yenə də Kremlin planlarının mərkəzindədir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, hətta iyun ayının sonlarına yaxın YAP iqtidarı ilə Abbas Abbasovun arası daha da açıla bilər:

«Məlumdur ki, Abbas Abbasovu Azərbaycana həm də yaxınları, qohumları bağlayır. Artıq Gəncədə bir nəfər Abbas Abbasovun qohumu olması səbəbindən həbs edilib. Anoloji həbslər də gözləniləndir. Ən azından Abbas Abbasovun oğlu deputat kimi Azərbaycandadır və «Milyarderlər İttifaqı» başqanı üçün bu amil təhlükə hesab olunur».

Mənbəmizin sözlərinə görə, məhz bu səbəbdən münasibətlərin daha da gəriləcəyini və düşmənçilik həddinə qədər inkişaf edəcəyini nəzərə alan RATİ sədri ailəsini tam olaraq Azərbaycandan çıxarmağı düşünür: «Artıq onun deputat oğlu Aydın Abbasovun da birdəfəlik olaraq Rusiyada məskunlaşması planlaşdırılır. Əgər bu hadisə baş verərsə, rəsmən bir millət vəkilinin qaçaq düşməsi kimi qəbul olunacaq».

Mənbə iddia edir ki, hətta Abbas Abbasovun açıq şəkildə Milli Şuraya dəstək verməsi də nəzərdə tutulduğundan bu kimi “təxliyyə” tədbirləri zərurətə çevrilib.

Geri qayıt