Əsas Səhifə > Dünya > MÜBARƏKİN DOLDURDUĞU TÜRMƏLƏR BOŞALIR
MÜBARƏKİN DOLDURDUĞU TÜRMƏLƏR BOŞALIR14-12-2011, 13:31 |
20 MİN SİYASİ MƏHBUS AZAD EDİLDİ Fevraldan bu yana Misirdə 20 mindən artıq siyasi məhbus azad olunub. Bu haqda Misirin rəsmi MENA agentliyi Baş nazir Kamal al-Qanzuri'yə istinadən xəbər verib. Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir. Keçmiş prezident Hosni Mubarak'in rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra həbs olunmuşdular. Geri qayıt |