Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "YAXINLAŞIB SAATIN NEÇƏ OLMASINI SORUŞDU"...
"YAXINLAŞIB SAATIN NEÇƏ OLMASINI SORUŞDU"...5-06-2013, 11:18 |
BAŞ REDAKTOR İZLƏNİLİR Dünən günorta cağlarında “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev naməlum şəxslər tərəfindən izlənilib. Bu barədə Qafqazregion.az-a jurnalist özü məlumat verib.”Dünən saat 13:00 radələrində yaşadığım ünvandan çıxarkən tanımadığım bir nəfər mənə yaxınlaşıb saatın neçə olmasını soruşdu. Sonra həmin şəxs mənim arxamca düşüb məni izləməyə başladı. Avtomobilimə minib yaşadığım məhəllədən çıxanda, məni izləyən şəxsin yanına bir nəfərin də yaxınlaşmasını gördüm. Onlar ağ rənqli, səhv etmirəmsə “Fiat Doblo” markalı avtomaşına minərək, bir müddət mənim avtomaşınımı izlədilər. Sonra bir-iki manevr edib,şəhərin içində onları itirdim. Çox güman ki, mənim peşəkar jurnalistika fəaliyyətim kimlərisə çox narahat edir və bu baxımdan hesab edirəm həyatım təhlükə qarşısındadır. Bu səbəbdən üzümü həmkarlarıma ,ictimaiyyətə tutaraq əvvəlcədən bildirirəm ki, əgər mənə qarşı kimsə hansısa şəkildə fiziki təyziq göstərsə və həyatıma təhlükə yaratsa,yaxud da günlərin bir günü mən ümumiyyətlə “müəmmalı” şəkildə yoxa çıxsam ,məlumunuz olsun ki,bu mənim ,qanunu pozan məmurlar haqqında yazdığım araşdırma tənqidi yazılarıma cavab olaraq məni susdurmağa yönələn qisas kimi qiymətləndirilməlidir”-baş redaktor bildirib. Xatırladaq ki,baş redaktor dəfələrlə və mütəmadi olaraq özbaşnalıq edən vəzifəli məmurlar haqda mətbuatda ifşaedici tənqidi yazılarla çıxış edib. Qeyd edək ki, baş redaktor ,həyatının təhlükəsizliyini təmin etmək üçün məsələ ilə bağlı daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəyini bildirib. Geri qayıt |