Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "ƏGƏR QURBAN MƏMMƏDOV AZADLIĞA BURAXILMASA"...
"ƏGƏR QURBAN MƏMMƏDOV AZADLIĞA BURAXILMASA"...5-06-2013, 11:23 |
ŞOK SƏS YAZISI AÇIQLANACAQ Dünən həbs olunan tanınmış hüquqşünas Qurban Məmmədovun oğlu özünün Facebook hesabında maraqlı bir açıqlama yayıb. TİA.AZ xəbər verir ki, tanınmış vəkilin oğlu əlində şahid ifadələri və səs yazmaları olduğunu bildirib və 24 saat ərzində atası azadlığa buraxılmayacağı təqdirdə onları yayımlayacağını bildirib. O yazıb ki, atası, vəkil, hüquqşünas, "ÇALXAN" MMC-nin direktoru Qurban Məmmədovun həbsi tamamilə siyasi sifarişdir. «Qurban Məmmədov həbs edilməmişdən öncə, dünən mənə bu həbslə bağlı, mümkün variantlar və ona qarşı irəli sürüləcək ittihamlarla bağlı ətraflı məlumat vermiş və işi aparan müstəntiqin, atamın tamamilə günahsız olduğunu sübut edə biləcək yeganə - əsas şahidin səs yazmalarını göndərib. Əgər Qurban Məmmədov növbəti 24 saat ərzində azadlığa buraxılmazsa, bu səs yazmalarını hər kəsin hüzurunda paylaşaraq onların nə oyun qurduğunu hamınıza bildirəcəyəm. Artıq bəsdir, bu qədər siyasi əxlaqsızlığa yol vermək olmaz!!!». Geri qayıt |