Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI KEF MƏCLİSİNƏ RƏQQASƏ GƏTİZDİRİB

İCRA BAŞÇISI KEF MƏCLİSİNƏ RƏQQASƏ GƏTİZDİRİB


5-06-2013, 12:25
İCRA BAŞÇISI KEF MƏCLİSİNƏ RƏQQASƏ GƏTİZDİRİB
DƏHŞƏT: SAATLI SAKİNLƏRİ ARTIQ CABBAROVUN ƏLİNDƏN CANA DOYUBLAR

DİA.AZ: - Daha bir icra başçısı yerli sakinləri hakimiyyətə qarşı çevirməkdədir. Əslində bu, gözlənilən idi. Elə DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir ki, prezident İlham Əliyevin 12 fevral müşavirəsində icra başçılarına xitabən “sizi mən təyin etmişəm” deməsinin ardından yaranan məmur təlaşından əsər-əlamət belə qalmayıb. Nədəni kimi isə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin bu günlərdə icra başçılarını başına yığaraq “əvvəlki qaydada işləyin” təlimatını verməsi göstərilir.

Yəni bu səbəbdən icra başçılarının yenidən meydan suladıqları təəssüratı yaranmaqdadır. DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, Saatlı rayonunun icra başçısı Siracəddin Cabbarov tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub. İddiaya görə icra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsatinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib.

Barədə DİA.AZ-a daxil olan məlumatda bildilir ki, Saatlının Heydər Əliyev prospektində də bir neçə ticarət obyektinə sahiblik edən icra başçısı Siracəddin Cabbarov günün çoxunu əyləncədə, eyş-işrətdə keçiri. Rayondakı qaynağın bildirdikləri: “Hətta bu günlərdə icra başçısının təşkil etdiyi kef məclisinə Bakıdan rəqqasə də gətirlib”.

Hər halda, əhalisi kifayət qədər narazı olan bir bölgənin göbək rəqsi peşinə düşməsi ən azından məmur adına ləkə hesab olunmalıdır.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt