Əsas Səhifə > Cəmiyyət, Manşet > MƏHƏRRƏM ƏLİYEV BELƏMİ MÜDAFİƏ OLUNUR?
MƏHƏRRƏM ƏLİYEV BELƏMİ MÜDAFİƏ OLUNUR?5-06-2013, 15:16 |
DİA.AZ: - Az əvvəl keçmiş «qorotdel» şefi, hazırda Prezident Administrasiyası rəhbərinin köməkçisi vəzifəsini tutan Məhərrəm Əliyevlə bağlı məlumat yaymışdıq və materialda qeyd olunurdu ki, bir zamanlar Tacikistanda səfir postunu tutan Məhərrəm Əliyev hərbi xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişmiş əsgərimiz Ceyhun Qubadovun ölüm işinin ədalətli şəkildə araşdırılacağı haqda vəd versə də, bu işi nəzarətində saxlayacağını söyləsə də, sözünü tuta bilməyib. Hər halda, yazdıqlarımızın gerçəklik olduğunu elə Məhərrəm Əliyevin özü də təsdiqləyər. Amma nədənsə, cənab Məhərrəm Əliyev həqiqəti söyləmək əvəzinə, ona qarşı kimlərinsə mətbu kampaniya aparması qənaətinə gəlib. DİA.AZ-a bu barədə çatan informasiyalardan da aydın olur ki, Ramiz Mehdiyevin köməkçisi hətta əl-ayağa düşərək, mətbuata sifarişli yazıları ötürməyi də unutmayıb. Hər halda, əsl çirkinliyin elə bu olduğunu unutmaq lazım deyil. Buna rəğmən portalımızda yer alan bütün iddialarla bağlı Məhərrəm Əliyevin və özünü ona yaxın bilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu hər zaman bildirmişik və indii də təkrar olaraq bəyan edirik. Geri qayıt |