Əsas Səhifə > Gündəm, Manşet > FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXA BİLƏR
FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXA BİLƏR24-09-2011, 14:03 |
KEÇMİŞ NAZİRLƏ MƏXFİ DANIŞIQLAR UĞURLU OLUB Hal-hazırda həbsdə saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın müddətdə azadlığa çıxacağı haqda məlumatlar dolaşmaqdadır. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) hakimiyyət içindən xəbər verilib. Etibarlı mənbə bildirir ki, keçmiş nazir artıq azadlığa buraxılması üçün müvafiq hüquqi prosedurla məşğul olmaqdadır: «Fərhad Əliyevlə bu günlərdə vəkili ilə də görüşüb və vəkilinə onun adından prezident İlham Əliyevə müraciət hazırlanması tapşırığını verib». Mənbənin iddiasına görə, Fərhad Əliyevlə hakimiyyət nümayəndələri arasında bu günlərdə məxfi danışıqlar aparılıb və bu danışıqlar uğurla başa çatıb. Xatırladaq ki, keçmiş nazirlə buna qədər də buk imi danışıqlar olub. Hətta 2007-ci ildə barəsində qurulan məhkəmə prosesində Fərhad Əliyev bildirmişdi ki, ondan həbs olunarkən azadlığını müqabilində 100 milyon dollar istənilib. O isə bu qədər pulunun olmadığını bildirib. Fərhad Əliyev qeyd etmişdi ki, davamlı olaraq onunla danışıqlar aparılır. Son xəbərlərdə isə qeyd olunur ki, artıq tərəflər anlaşıb: «Lakin Fərhad Əliyevin hansı şərtlər müqabilində azadlığa çıxacağı məlum deyil» Geri qayıt |