Əsas Səhifə > Sosial, Manşet > YAP-DA QURULTAY ÖNCƏSİ TOQQUŞMA AB-HAVASI

YAP-DA QURULTAY ÖNCƏSİ TOQQUŞMA AB-HAVASI


6-06-2013, 09:58
YAP-DA QURULTAY ÖNCƏSİ TOQQUŞMA AB-HAVASI
RAMİZ MEHDİYEV ƏZƏLİ RƏQİBİ ƏLİ ƏHMƏDOVU YOLA SALA BİLƏCƏKMİ

DİA.AZ: - Məlum olduğu kimi, sabah hakim Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində iştirak edəcək namizhədinin rəsmən elan edilməsi üçün qurultay keçirəcək. Onu da bildirək ki, artıq mətbuatda bu qurultayla bağlı müəyyən müəmmalı xəbərlər verilməkdədir. Elə DİA.AZ redaksiyasına daxil olan informasiyalardan da aydın olur ki, hakim partiyanın qurultayı səsli-küylü də keçə bilər.

Bildirək ki, artıq bir sıra qaynaqlar YAP-ın qurultayında müəyyən struktur islahatlarının həyata keçiriləcəyini söyləyiblər. DİA.AZ-a bu barədə danışan YAP-dakı mənbə isə bildirir ki, hələ də qurultayqabağı gərginlik azalmayıb:

«Konkret olaraq Prezident Administrasiyası rəhbərliyi YAP-ın qurultayında öz maraqlarının yeridilməsi üçün qurultayın gündəliyində dəyişiklik etməyə çalışırlar və onlar istəyirlər ki, qurultay iştirakçıları eyni zamanda kadr islahatlarını da müzakirəyə çıxarsınlar».

Mənbəmizin iddialarına görə, burada başlıca hədəf YAP sədrinin müavini, YAP-ın icra katibi Əli Əhmədovdur: «Təbii ki, Əli Əhmədovun da müdafiəçiləri var və illərdir ki, YAP-ın icra katibini susdurmağa çalışan Ramiz Mehdiyev bu fürsəti dəyərləndirməsində heç də sərbəst və maneəsiz deyil».

Amma hələ də konkret qərarın verilmədiyini bildirən mənbəmiz vurğuladı ki, istənilən halda Əli Əhmədovun sabahkı qurultayda taleyinin həll edilməsi ehtimalları qalmaqdadır.

Geri qayıt