Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DİNDAR ELVİN NƏSİROV HƏBSDƏN ÇAĞIRIŞ ETDİ
DİNDAR ELVİN NƏSİROV HƏBSDƏN ÇAĞIRIŞ ETDİ6-06-2013, 10:15 |
DİA.AZ: - Həbsdə olan dindar Elvin Nəsirovun zindanda yazdığı şeri DİA.AZ olaraq sizə təqdim edirik. Onu da bildirək ki, bu şeir fars-molla rejiminə aid mətbuatda bəh-bəhlə yayılmaqdadır: İmam Zamanın Əsgəri! Qalx, İmam Zamanın əsgəri Allahu-Əkbər şüarın seç. Qalx, İmam Zamanın əsgəri Şəhadət yoluna tərəf keç. İki üzlü belini bükür Zalım önündə diz çökür Zalım Allah evin sökür Qalx, İmam Zamanın əsgəri! Haramı yeyib doyacaqlar Dərimizi də soyacaqlar Azana son qoyacaqlar Qalx, İmam Zamanın əsgəri! Üzdədi tək yalanların Heç yox imiş yalanların Oda atıldı Quranların Qalx, İmam Zamanın əsgəri! Hicab deyən iffətinə Toxundular qeyrətinə Xanım Zəhra hörmətinə Qalx, İmam Zamanın əsgəri! Öz bütünü yıxmamısan Etiraza çıxmamısan Heç Qurana baxmamısan Qalx, İmam Zamanın əsgəri! Ürəyimizi dağladılar Analarımız ağladılar Qapılarımızı da bağladılar Qalx, İmam Zamanın əsgəri! Gözləri yaşla dolanım Rəngi saralmış solanım Üç yüz on üç əsgər, olanım Qalx, İmam Zamanın əsgəri! İslamda bölüm olunur Şiə çox zülm olunur Fərmanımız ölüm olunur Qalx, İmam Zamanın əsgəri! Geri qayıt |