Əsas Səhifə > Güney Press, Araşdırma > SƏRKİSYAN PULUMUZU HESABLAYIR
SƏRKİSYAN PULUMUZU HESABLAYIR6-06-2013, 11:32 |
"3-4 İLƏ AZƏRBAYCANIN PULU QURTARACAQ" Ekspertlər yaxın bir neçə ildə Azərbaycanın fiaskoya uğrayacağını proqnozlaşdırırlar və Ermənistan regionda vəziyyətin dəyişməsinə hazır olmalıdır. Bu fikri çərşənbə günü Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı Serj Sarkisyan söyləyib. “Bu ölkənin hakimiyyəti klassik diktatura yolu ilə gedərək öz xalqına ermənilərin timsalında düşmən obrazının qəbul etdirilməsi və bizim haqqımızda çirkin bəyanatların yayılması ilə məşğuldur. Eyni zamanda Azərbaycanda qoyulmuş ictimai-siyasi və iqtisadi bombaların çox tez partlamaq təhlükəsi var. Neft və qaz hasilatının xroniki tənəzzülü şəraitində qonşu ölkənin hakimiyyəti topladığı vəsaiti elə xərcləməkdə davam edir ki, heç onun düşmənləri belə bunu planlaşdıra bilməzdilər. Ani məclislər – həyata keçirilən siyasətin məntiqi budur”, - Sarkisyanın mətbuat xidməti ondan sitat gətirir. “Azərbaycan açıq-aşkar diktaturanın və avtoritar rejimin bəhrəsini görməyə başlayır: opponentlərin həbsi, azad mətbuatın mövcudluğu haqda təsəvvürün olmaması, böyük miqyasda korrupsiya neftdən gələn dolların sayının azalması ilə paralel olaraq gücləndirilmiş qüvvə ilə özünü göstərəcək”, - o vurğulayıb. Ermənistana gəlincə, o bildirib ki, ölkə bu dəyişikliyə hazır olmalıdır. Geri qayıt |