Əsas Səhifə > Cəmiyyət, Manşet > İBRAHİMBƏYOV BAKIYA GƏLƏ BİLMƏYƏCƏK
İBRAHİMBƏYOV BAKIYA GƏLƏ BİLMƏYƏCƏK6-06-2013, 14:44 |
ONUN HƏBSİLƏ BAĞLI QƏRAR VERİLİB DİA.AZ: - «Rüstəm İbrahəimbəyov Bakıya gələrsə, həbs olunacaq». Bu şok açıqlamanı DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələr verib. Qaynaq iddia edir ki, hazırda adı Milli Şuranın vahid namizədi kimi hallandırılan Rüstəm İbrahimbəyov hakimiyyət üçün ən arzuolunmaz şəxsdir. Mənbənin söylədikləri: «Onun Rusiyanın xüsusi xidməts orqanları ilə əlaqədə olmasını sübuta yetirən faktlar hazırlanır. Yaxın günlərdə mətbuata ötürüləcək. Eyni zamanda Rüstəm İbrahəimbəyov barəsində vergi məsələsilə bağlı qaldırılan cinayət işi də tanınmış kinorejissor üçün «Domokl qılıncı» rolunu oynamaqdadır. Mənbəmiz iddia edir ki, Rüstəm İbrahəimbəyovun Bakıya gəlmə ehtimalları da aşağıdır: «Hakimiyyət istənilən halda onu həbs edəcək. Bu inkarolunmazdır. Və ən üst səviyyədə belə bir qərar qəbul olunub». Geri qayıt |