Əsas Səhifə > Siyasət, Manşet > NN ŞEFİNİN QOÇULARI "İKARUS" OVUNA ÇIXIB
NN ŞEFİNİN QOÇULARI "İKARUS" OVUNA ÇIXIB7-06-2013, 10:35 |
İNDİ DƏ “İKARUS” MARKALI AVTOBUSLARA QARŞI REYDLƏR START GÖTÜRÜB DİA.AZ: Nəqliyyat Nazirliyinin Departamentinin əməkdaşla rı “İkarus” markalı avtomobillərin sürücülərini qanunsuz olaraq hədəfə alıblar. DİA.AZ bildirir ki, bu barədə məlumatı 20-yə yaxın sürücü hüquq müdafiəçisi Sadiq Əliyevə verərək köməklik göstərilməsini xahiş ediblər. Belə ki, Sədərək və Binə ticarət mərkəzində dayanacaqlarda olan “İkarus” markalı avtomobillərin sahiblərinə yaxınlaşıb maşınlardan istifadə etməmələrini , istismara verilməsini tələb edirlər. Hər dəfə sürücüləri bu maşınlardan istifadə etməməyə görə heç bir əsas olmadan xəbərdar edirlər. Sürücülər də cavablarında belə bir qanun və yaxud sərəncamın olmadığını qeyd edərək Nəqliyyat Nazirliyinin departament əməkdaşlarına haqlı etiraz edirlər. Bu hal təxminən 1 aydır ki, mübahisələrlə davam edir. Sürücülər son zamanlar baş verən qanunsuzluq səbəbindən özlərinin işsiz, ailə üzvlərinin çətin vəziyyətə düşəcəklərindən ehtiyyat edirlər. Bu səbəbdən də mətbuat vasitəsi ilə ölkə prezidentinə və aidiyyatı orqanlara müraciət etməyə məcbur qalıblar. Hüquq müdafiəçisi Sadiq Əliyevin sözlərinə görə Avtonəqliyyatservis Departamenti nəqliyyat sisteminin inkişafı, həmçinin bir sahə kimi nəqliyyatın bir sıra daxili problemləri həll edir. Bu sahədə əsas vəzifələr struktur dəyişikliklərinin davam etdirilməsi, nəqliyyat sisteminin fəaliyyəti və inkişafının idarə edilməsində kompleksliliyin artırılması, nəqliyyatın əsas fondlarının köhnəlmə tendensiyasının qarşısının alınması və nəqliyyat sistemlərinin texniki səviyyəsinin yüksəldilməsindən ibarətdir. Hazırki vəziyyətdə isə departament əməkdaşları əsassız qadağalar tətbiq edirlər. Çünki avtomobillər köhnəlməyib texniki xidmət üçün yararlıdır və istismarının dayandırılmasına lüzum yoxdur. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub ki, Avtomobil nəqliyyatı sahəsində fəaliyyətinin avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət növündən asılı olmayaraq hüquq bərabərliyi və avtomobil nəqliyyatı sahəsində fəaliyyətin dövlət tənzimlənməsinin sosial yönümlüyü və ictimai maraqların üstünlüyünün təmin olunması avtomobil nəqliyyatı sahəsində fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və qaydalar əsasında təmin olunması əsas prinsiplərdəndir. Baş verən qanunsuzluqlara qısa zaman ərzində son qoyulmadığı təqdirdə sürücülərin etirazlarının başqa müstəviyə keçməsi də istisna olunmur. Çox təəssüflər olsun ki, şikayətlərin çox olmasına baxmayaraq “Qoçu” kimi ad çıxarmı. Nəqliyyat Nazirliyi Departamentinin əməkdaşlarının özbaşına hərəkətləri davam etməkdədir. Onu da qeyd edək ki, nəqliyyat nazirliyinin qoçularından dad deyərək şikayət edən sürücülər aşağıdakılardır: Əliyev Emin Mikayıl oğlu ( Gəncə ) Qarayev Tahir Ədil oğlu (Gəncə ) Məmmədov Vidadi Qiyas oğlu ( Şəmkir ) Qasımov Ruzi Nizami oğlu ( Gəncə ) Mirzəyev Arif Cəfər oğlu Məmmədov Əbülfəz Hidayət oglu Heydərov Əkbər İkbər oğlu Əsgərov Elbrus Məhərrəm oğlu İbrahimov Məsiman Xanqulu oğlu Səfərəliyev Bəhrəm ( Göyçay ) Abdurəhmanov Şahin Tofiq Qafarov Elxan ( Mingəcevir ) Həmidov Raqif ( Ağdaş ) Səfərov Mahmud ( Mingəçevir ) İsmət ( Mingəcevir ) Əliyev Rəşad (Camal oğlu) Məsimov Əli ( Mingəcevir ) Şərifov Məmməd Xanəli Geri qayıt |