Əsas Səhifə > Sosial, Manşet > «BENZİN MAFİYASI» CİBİMİZİ NECƏ BOŞALDIR?
«BENZİN MAFİYASI» CİBİMİZİ NECƏ BOŞALDIR?7-06-2013, 10:46 |
BU GÜN TIXACLARDA MİLYONLARLA MANATLIQ BENZİNİMİZ BOŞUNA AXIR DİA.AZ: - Hal-hazırda Bakı-Sumqayıt yolunda böyük tıxacın olması ilə bağlı redaksiyamıza şikayətlər daxil olmaqdadır. Sürücülərdən biri DİA.AZ-a telefon açaraq 1 saat 45 dəqiqədir ki, Sumqayıtdan Bakıya gələn istiqamətdə tıxacda dayandıqlarını və bir qarış da olsun, hərəkət etmədiklərini bildirir. Onu da bildirək ki, tıxac problemi illərdir mövcud olmasına baxmayaraq, bu istiqamətdə problemlərin həlli məqsədilə milyonlarla manat pulun sərf edilməsinə baxmayaraq, hələ də aktualdır və nəinki aktual artıq insanların səbr kasalarını belə daşırmaq üzərədir. Bu barədə DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, nəqliyyat naziri Ziya Məmmədovun milyonları yeməsinin ardından qurduğu intellektual idarəetmə sistemi, inşa etdiyi körpülər, yol qovşaqları belə bu gün tıxacların qarşısının alınmasında acizdirsə, bunun başqa bir səbəbləri var. Hökumət içindəki mötəbər mənbə iddia edir ki, əslində tıxaclar ölkədəki «benzin mafiyası» üçün ən münbit şərait hesab olunmaqdadır: «Bu faktdır və rəsmi rəqəmlər də təsdiqləyir ki, Azərbaycanda son beş ildə benzin istehlakı 3 dəfə artıb. Amma araşdırmalar göstərir ki, buna qarşılıq olaraq maşınların sayı eyni qədər artmayıb ki, bu da vətəndaşların benzinlərinin tıxaclarda əmilməsinin sübutu kimi qəbul edilə bilər». Mənbəmiz real faktlarla təsdiqləyir ki, «benzin mafiyası» bu gün tıxacların yaranmasında maraqlı olan bir nömrəli qüvvə kimi, bir sıra yol ötürücüləri ilə bağlı projelərin gündəmdən çıxarılmasına belə manne olmağa müvəffəq olub: «Diqqət yetirin, inşa edilmiş körpülərin, yol qovşaqlarının əksəriyyəti istifadəsizdir. Əksinə, bu tikililər əlavə olaraq tıxacın yaranmasına nədən olur. Bu isə «benzin mafiyası»nın müdaxiləsi kimi qəbul edilməlidir. Həqiqət belədir. Hakimiyyətin bir çox ünlü simalarının əsas qazanc yeri kimi baxılan tıxaclar səbəbindən «TIXACLARIN QARŞISININ ALINMASMI» üçün düşünülən tikililər də lazım olmayan yerlərdə inşa olunur». Geri qayıt |