Əsas Səhifə > Dünya > GEZİ PARK OLAYLARINDA ƏCNƏBİ XƏFİYYƏ İZİ
GEZİ PARK OLAYLARINDA ƏCNƏBİ XƏFİYYƏ İZİ7-06-2013, 11:10 |
7 ƏCNƏBİ AKSİYALARDA SAXLANILIB Taksim Gəzinti Parkı hadisələrində 7 xarici vətəndaş saxlanılıb. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri Müammer Güler deyib. Bu günə qədər 78 bölgədə 746 nümayişin keçirildiyini söyləyən nazir bildirib: "Taksim Gəzinti Parkı hadisələrində İstanbulda 6, Ankarada 1 xarici vətəndaş saxlanılıb, 4 nəfər haqqında deportasiya qərar verilib. Bunların heç birisinin diplomatik pasportu yoxdur, turist pasportu ilə ölkəyə daxil olublar.” Geri qayıt |