Əsas Səhifə > Güney Press, Araşdırma > SAMİR ŞƏRİFOVUN ADAMI TALANÇILIQDA
SAMİR ŞƏRİFOVUN ADAMI TALANÇILIQDA7-06-2013, 11:21 |
İMİŞLİDƏ ŞOK YEYİNTİ FAKTLARI Artıq neçə müddətdir ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Maliyyə idarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində öz aktuallığını saxlayır. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya müraciət etmiş, redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və bir neçə maliyyə idarəsinin fəaliyyətindəki cddi nöqsanlardan bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza daxil olan məlumatlarda ən ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də İmişli rayon Maliyyə İdarəsinin adı çəkilir. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, İmişli rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. İmişli rayon Maliyyə Şöbəsinə rəhbərlik edən Rəhim Rəhimov isə özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Digər tərəfdən də R.Rəhimov İmişlinin dövlət idarələrində rəhbər vəzifələrə sahib ola bilmiş bəzi qohumları də ilə əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi istiqamətində fəaliyyətini xüsusi “cənfəşanlıqla” davam etdirir. Qeyd edək ki, bu məsələyə biz ötən saylarımızın birində, İmişli Rayon Təhsil Şöbəsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən tənqidi materialda da toxunmuşduq. Bu xüsusda yerli mənbələrdən aldığımız məlumatda bildirilir ki, Rəhim Rəhimov və onun doğma xalası oğlu, İmişli RTŞ-nin müdiri Ramiz Əmirov əlbir olaraq dövlət əmlakının mənimsənilməsində iştirak edirlər. R.Rəhimov xalası oğlu R.Əmirovla rayon məktəblərinə yeni invenrtarlrın alnması adı altında küllü miqdarda vəsaiti mənimsəyirlər. Bir müddət əvvəl isə əlbir olan xalaoğlular rayondakı banklardan birindən küllü miqdarda vəsait çıxarıblar. Mənbənin sözlərinə görə, heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri və Maliyyə idarəsinin rəisi uzun zamandır ki, əl-ələ verərək istənilən maxinasiyalara rəvac verirlər. Onu da qeyd edək ki, bu nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunmuşdur. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və təqsirkarların cəzalandırılması istiqamətində konkret addımlar atılmadı. Mövzuya dair dərc etdiyimiz materiallarda biz belə bir faktı da vurğulamışıq ki, müşahidələrə əsasən, əvvəllər nazirliyin daha yüksək səlahiyyətli struktur bölmələrində işləmiş bəzi maliyyə idarə müdirləri sui-istifadə hallarına daha çox yol vermələri ilə seçilirlər. Öz növbəsində bu vəziyyət də bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsinə yol açır. Başqa sözlə desək, rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Etiraf edək ki, İmişli rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun əvvələr hansı vəzifələrdə işlədiyinə dair dəqiq məlumatımız yoxdur. Lakin, bu məmurun yuxarı instansiyalarda çox nüfuzlu hmayədarlarının olduğu əksəriyyət üçün sirr deyildir. Bəzi mənbələr isə iddia edirlər ki, idarə rəisinin törətdiyi özbaşnalıqlara qarşı nazirlik tərəfindən ciddi ölçülərin götürülməməsinin də səbəbi məhz bu amildir. Geri qayıt |