Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEV MƏTANƏT İSGƏNDƏRLİNİ YORDU

ELŞAD ABDULLAYEV MƏTANƏT İSGƏNDƏRLİNİ YORDU


7-06-2013, 11:39
ELŞAD ABDULLAYEV MƏTANƏT İSGƏNDƏRLİNİ YORDU
"BİTSİN BU SÖHBƏT"

Mühacirətdə olan ABU-nun keçmiş rektoru Elşad Abdullayev müğənni Mətanət İsgəndərlinin ünvanına yeni ittihamlarla çıxış edib. Qiyamçı professor qardaşı Mahir Abdullayevin oğurlanması cinayətini bilib gizlətdiyinə və istintaqa yalan ifadə verdiyinə görə M. İsgəndərlinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. O, Mətanət İsgəndərliyə xəbərdarlıq da edərək onunla söhbətlərinin videoyazısının yaymaq məcburiyyətində qalacağını da bildirib.
Qiyamçı professrun bu ittihamlarına münasibət öyrənmək üçün müğənni Mətanət İsgəndərliyə müraciət etmişik. Moderator.az-a açıqlamasında əməkdar artist Elşad Abdullayevin ziddiyyətli açıqlamalarından cana doyduğunu bildirib:
“Mən bu söhbətlərdən yoruldum. İnsan bir şeyi nə qədər danışar. Nə lazımdırsa, istintaqa demişik. İndi Elşçad Abdullayev nə deyir, nə danışır, bu, məni narahat etmir. İndi deyir əlimdə başqa video var, mənsə bundan narahat deyiləm. Yayırsa, yaysın. Bu söhbətlər bitsin daha, yoruldum.”

Geri qayıt