Əsas Səhifə > Partiya > MÜXALİFƏT VAHİD NAMİZƏDİNİ MÜƏYYƏN EDƏ BİLMƏDİ
MÜXALİFƏT VAHİD NAMİZƏDİNİ MÜƏYYƏN EDƏ BİLMƏDİ7-06-2013, 12:24 |
Hüquq müdafiəçisi Leyla Yunus Milli Şuranın iyunun 7-də keçirilən təsis konfransında təkliflə çıxış edib. O, qurumun prezident seçkisində namizədinin elə bu iclasda müəyyənləşdirilməsinin vacib olduğunu vurğulayıb və namizədi seçmək təklifini verib. Şuranın digər təsisçilərindən politoloq Eldar Namazov, Müsavat başqanının müavini Arif Hacılı, hüquq müdafiəçisi Novella Cəfəroğlu bu təklifə razılaşmayıblar. Onlar qeyd ediblər ki, vahid namizəd kimi ciddi məsələnin daha geniş müzakirəsinə ehtiyac var. “Media forum” saytı xəbər verir ki, Leyla Yunusun təklifi səsə qoyulub və təsis konfransında qeydiyyatdan keçmiş 97 nəfərdən yalnız 13 nəfərin dəstəyini aldığı üçün qəbul olunmayıb. Geri qayıt |