Əsas Səhifə > Şou-biznes > REPERİN KEŞMİŞ HƏYAT YOLDAŞI MÜĞƏNNİLİYƏ BAŞLADI

REPERİN KEŞMİŞ HƏYAT YOLDAŞI MÜĞƏNNİLİYƏ BAŞLADI


16-12-2011, 11:45
REPERİN KEŞMİŞ HƏYAT YOLDAŞI MÜĞƏNNİLİYƏ BAŞLADI

SONA MURADOVA MAHNI OXUMAĞA BAŞLAYIB

Reper Hüseyn Dərya ilə yolları ayrılan keçmiş həyat yoldaşı Sona Muradova mahnı oxumağa başlayıb.

Artıq o, ikinci mahnısını auditoriya üçün hazırlayır. İlk mahnısını duet oxuyan Sona xanım bu dəfə solo ifası ilə özünə repertuar quracaq. Milli.Az xəbər portalına açıqlama verən həvəskar müğənni bunları dedi:

"Əslində, incəsənətə qoşulmaq uşaqlıq arzularımdandır. Orta məktəbi bitirəndən sonra iki il sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə versəm də, daxil ola bilmədim. Onda həvəsim aktrisalığa idi. Mahnı oxumaq üçün də səsim var. Amma çox vaxt tərəddüd edib oxumamışam. Son vaxtlar məndə həvəs yarandı. Niyyətim özümü peşəkar olaraq təqdim etmək deyil. Bu sahədə həvəskaram sadəcə. Bundan əvvəl "Bizimlə birlikdə" mahnısı yazılıb. Amma ilk ifamı bir o qədər bəyənmirəm, oxuyarkən həyəcanlı idim. Başlanğıc olduğundan bunu bir qədər normal hesab etdim".

"İndi ikinci mahnı yazılır. Bu, türk sənətçisi Murad Bozun repertuarından olan "Geri dönüş olsa" mahnısıdır. Tezliklə hazır olacaq və bunu geniş publika ilə paylaşacam", - deyən S.Muradova oxumaq həvəsinin keçmiş həyat yoldaşı, sənətçi Hüseyn Dərya tərəfindən dəstəkləndiyini də bildirdi. Sona evlilikləri bitsə də, Hüseynin övladına və ona hörmətlə yanaşdığını, atalıq qayğısını əsirgəmədiyini bildirdi.

"Münasibətlərimiz yaxşıdır. Ola bilsin ki, bəzi insanlar Hüseynə acıq vermək üçün mahnı oxumaq həvəsinə düşdüyümü zənn edərlər. Amma biz bir-birimizə acıq vermirik, görüşürük, dərdləşirik, uşağımıza olan qayğını birlikdə bölüşürük. Alimentini də ödəyir. Dekabrın 3-ü uşağın doğum günü idi. Gəldi, təbrik elədi və bizimlə həmin axşam bir süfrə arxasında oturdu".

Məşhur reperin həyat yoldaşının kumirinin də olduğunu öyrəndik. Əksər sənət adamları tərəfindən mahnıları tənqid obyekti olan Üzeyirin ifasını Sona xanım çox bəyənirmiş:

"Hazırda anamla birlikdə avtomobildə yol gedirik. Birlikdə Üzeyiri dinləyirik. Mahnılarını və ifasını bəyənirəm. Bəyəndiyim digər ifaçı isə "Eurovision" təmsilçilərimizdən olan Samir Cavadzadədir. Yeri gəlmişkən, qeyd edim ki, bu ayın 27-si Üzeyirin konserti olacaq və anamla birlikdə artıq biletlərimizi almışıq".


Geri qayıt