Əsas Səhifə > Cəmiyyət, Manşet > PA ŞEFİNİN YAP-IN TƏDBƏRİNƏ SÜRPRİZİ VAR İMİŞ
PA ŞEFİNİN YAP-IN TƏDBƏRİNƏ SÜRPRİZİ VAR İMİŞ7-06-2013, 15:15 |
AMMA PLAN BAŞ TUTMAYIB DİA.AZ: - «Son günlər bir sıra dairələrdə hakim Yeni Azərbaycan Partiyası tərəfindən prezident İlham Əliyevin namizədliyinin irəli sürülməyəcəyi ilə bağlı dezinformasiyalar ötürülürdü ki, YAP-ın bugünkü qurultayında həmin şaiyələrin heç bir əsasının olmadığı üzə çıxdı». Bu sözləri DİA.AZ-a verdiyi açıqlamasında bildirən YAP-ın adını çəkilməsini istəməyən fəallarından biri eyni zamanda kimlərin bu yöndə qarışıqlıq salmağa maraq göstərməsindən də danışdı. Həmsöhbətimiz bildirir ki, son ana qədər Prezident Administrasiyası proseslərə müdaxilə etməyə və hətta YAP-ın qurultayında təxribat törətməyə də cəhd edib: «Amma alınmadı. Hər şey nəzarətdə idi. PA rəhbəri Ramiz Mehdiyev uduzdu. Onun maraqları yerimədi. Və YAP bundan sonra, Mehriban Əliyevanın gəlişi ilə hakimiyyətin yeni siyasi kursunu həyata keçirəcək bir təşkilat kimi qabaracaq». DİA.AZ bildirir ki, hər halda, YAP daxilində PA rəhbəri Ramiz Mehdiyevin hansı maraqlarının olması barədə əvvəlcədən də məlumat vermişdik. Və bu gün keçirilən qurultay isə həmin maraqlar üçün əsl zərbə effektini daşımış oldu. Bu arada məlumatlı mənbələrdən redaksiyamıza ötürülən informasiyada qeyd olunur ki, qurultay ərəfəsində bir sıra rayonların YAP təşkilatından nümayəndə kimi seçilmiş şəxslərə PA rəhbərliyi adından təlimat da verilibmiş. Mənbənin söylədikləri: «Amma sonradan təlimatın icrası dayandırıldı. Çünki PA-nın xüsusi təlimatlarının olması haqda xəbərlər üst düzəyə qədər getdiyindən Mehdiyev niyyətindən yarı yolda daşınmalı olub». Bu təlimatların mahiyyəti barədə isə redaksiyamıza bilgi verilməyib. Amma təxmin olunur ki, Mehdiyev təsiri altında olan YAP-çılara qrup marağına uyğun təlimatlar veribmiş. Geri qayıt |