Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV NAZİRLƏRƏ QARŞI
RAMİZ MEHDİYEV NAZİRLƏRƏ QARŞI16-12-2011, 12:19 |
PA RƏHBƏRİ İKİ GÜC NAZİRİNİ HƏDƏFİNƏ ÇEVİRİB DİA.AZ: - Son günlər hakimiyyət daxilində ciddi toqquşmalar baş verməkdədir. Bu barədə reaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarından aydın olur ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iki güc strukturunun başçısına - Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova və Müdafiə Naziri Səfər Əbiyevə qarşı əməlli-başlı cəbhə açıb. Hökumət içindəki mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədiklərindən belə aydın olur ki, özünün gedişi planlaşdırılan PA rəhbəri ilk əvvəl əsas rəqibləri ilə haqq-hesab çəkmək fikrinə düşüb: «Təbii ki, onun MTN rəhbərliyi ilə çəkişməsi ciddi nəticə verə bilməz. Hər halda, Eldar Mahmudovun birbaşa olaraq prezident İlham Əiyevin komandasında olması kimsə üçün sirr deyil. Amma buna baxmayaraq, administrasiya şefi yenə də öz planlarını icra etməkdədir». Onu da bildirək ki, PA-da antiMTN əhvalı çoxdandır ki, hökm sürməkdədir. Hətta bu günlərdən prezidentin mühafizə dəstəsindən qanunsuz olaraq uzaqlaşdırılmış iki sabiq əməkdaş da məbuata verdikləri açıqlamalarında bildirdilər ki, onlardan birinin doğum günündə Eldar Mahmudovu təbrik etməsi PA-da heç də xoş qarşılanmayıb və hətta bu səbəbdən Vaqif Axundovun əməlli-başlı əsəbiləşdiyi də bildirilir. Eldar Mahmudovdan fərqli olaraq Səfər Əbiyevi asanlıqla yenə biləcəyini düşünən Ramiz Mehdiyev artıq onun yerinə kadr da hazırlayıb. Bu adam prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyevdir. Bildirək ki, dünənə qədər Vahid Əliyev prezident İlham Əiyevin komanda üzvü kimi təqdim olunurdu və mətbuatda belə bir rəy yaradılırdı ki, Vahid Əliyev məhz prezidentin təlimatları ilə Mili Ordu sistemində yoxlamalar həyata keçirib. Amma bunun əksi qısa müddət içində sübuta yetirildi. Və proseslərin arxasında əsas maraqlı tərəf kimi məhz Ramiz Mehdiyevin dayanması tamamilə sübuta yetirildi. Mötəbər qaynaqların bildirdiyinə görə, artıq hakim komanda daxilində son mərhələ həddinə qədər yetişib: «Səfər Əbiyevə qarşı çox ciddi planların icrası nəzərdə tututulr və hətta onun gedişinə nail olma anı da yetişə bilər. Amma yenə də yekun söz prezidentdədir. Prezidentin isə PA rəhbərinin istəyinə uyğun davranacağı heç də gözlənilən deyil». MTN şefinin aqibətinə gəlincə isə, onun daha üstün mövqedə olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, əksinə, Eldar Mahmudov bu gün PA rəhbərini çökdürə biləcək əsas fiqurlardan biri hesab olunur: «Hər halda, PA daxilində bir antimehdiyevçi qrupun olmasını da unutmaq olmaz. Həmin qrupa təsir imkanları baxımından MTN rəhbərliyi kifayət qədər imkanlı mövqedədir. Buraa əsas diqqətçəkəni isə odur ki, həmin antimehdiyevçi qrup eyni zamanda prezident İlham Əliyevə yaxın şəxslərdən təşkil olunub». Onu da xatırladaq ki, sözügedən qrup artıq media istiqamətində də çox ciddi addımlar atmaqdadırlar. Bu barədə isə əvvəldən sizləri məlumatlandırmışdıq. Geri qayıt |