Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ

SABİRABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ


10-06-2013, 10:14
SABİRABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ
BAŞÇININ MÜAVİNİ QARDAŞININ BƏLASINA KEÇİB

Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Yaqubov qardaşının bəlasına keçib. JAM.AZ xəbər verir ki, Yaqubovun yaxın vaxtlarda işdən çıxarılacağı da artıq dəqiqləşib. Onun icra başçısı tərəfindən kəskin şəkildə tənqid olunaraq, otaqdan qovulduğuna dair məlumatlar da var.
Qeyd edək ki, Heydər Yaqubovun belə bir duruma düşməsinin səbəbkarı öz doğmaca qardaşıdır. Çünki qardaşı Füzuli Yaqubov Sabirabad rayonunun mərkəzində özünə ticarət mərkəzi tikmək istəyirmiş. Lakin ona icazə verilməyib. Yaqubov da bundan hiddətlənərək, baş verənlərlə bağlı Rusiya prezidenti Vladimir Putina şikayət məktubu yazıb. Həmin məktub isə bir müddətdən sonra Prezident Admnistrasiyasında peyda olub və ortalıq qarışıb.
Məlumatda deyilir ki, belə bir addımın icra başçısının müavininin qardaşı tərəfindən atılmasını öyrənən Prezident Admnistrasiyasının rəsmiləri Sabirabadın rəhbəri Nizami İsmayılova xəbər göndərərək, ondan tədbir görmələrini istəyiblər.

Geri qayıt