Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUDAN MİLLİ ŞURAYA UNİKAL İLİŞMƏ

SƏRDAR CƏLALOĞLUDAN MİLLİ ŞURAYA UNİKAL İLİŞMƏ


10-06-2013, 10:54
SƏRDAR CƏLALOĞLUDAN MİLLİ ŞURAYA UNİKAL İLİŞMƏ
"HƏTTA HİTLER BELƏ"...

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında Milli Şuradakı anti-demokratiyanı Hitler diktaturası ilə müqayisə edib. S.Cəlaloğlunun sözlərinə görə, müqayisələr göstərir ki, Hitler xalqa münasibətdə Milli Şuradan daha demokratik olub: “Milli Şura liderləri, o cümlədən Zəfər Quliyev deyir ki, əsas hakimiyyəti dəyişməkdir, bundan sonra görəcəyimiz işlərlə bağlı məsələləri müzakirə edərik. Bu, dünyada analoqu olmayan bir yanaşmadır. Dünyanın hər yerində insanlar seçkidən qabaq nə edəcəklərini elan edirlər və seçildikləri təqdirdə də bunları həyata keçirirlər. Vətəndaşa demək olmaz ki, sən məni seç, mən sonra deyəcəm nə edəcəyəm. Hətta məşhur diktatorlar, Hitler kimi adamlar belə seçki öncəsi xalqa nə edəcəklərini elan ediblər. Xalq da bunun əsasında müəyyənləşdirib ki, kimə səs verəcək”.
Geri qayıt