Əsas Səhifə > Dünya > HÜSNÜ MÜBARƏKİN OĞULLARI AZADLIQDA

HÜSNÜ MÜBARƏKİN OĞULLARI AZADLIQDA


11-06-2013, 10:02
HÜSNÜ MÜBARƏKİN OĞULLARI AZADLIQDA

Qahirənin cinayət məhkəməsi Misirin keçmiş prezidenti Hüsni Mübarəkin oğulları Əlaa Mübarək və Qamal Mübarəkin nəzarət altından buraxılması haqqında qərar qəbul edib. Buna səbəb kimi onların saxlanılması müddətinin başa çatması göstərilib. Misir qanunlarına görə, müttəhim ittiham irəli sürülmədən 18 aydan artıq nəzarət altında saxlanıla bilməz.

İyunun 11-də isə Mübarəkin oğullarına qarşı maliyyə bazarındakı fırıldağa görə məhkəmə dinləməsinin keçiriləcəyi gözlənilir.

Ölüm hökmü verilmiş Hüsni Mübarəkin apellyasiya məhkəməsi isə iyulun 6-da bərpa olunacaq.

Xatırladaq ki, 2012-ci ilin iyununda məhkəmə onu "etiraz aksiyası iştirakçılarının ölümünə səbəb olmaqda" təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib.
\ anspress \
Geri qayıt