Əsas Səhifə > Sosial, Manşet > TAHİR KƏRİMOV BİR DƏFƏYƏ 2 MİLYONA İDDİALIDIR
TAHİR KƏRİMOV BİR DƏFƏYƏ 2 MİLYONA İDDİALIDIR11-06-2013, 10:35 |
İCRA BAŞÇISI 2011-Cİ İLDƏ VERİLƏN EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİNİ YUBADIR DİA.AZ: - Redakisyamıza Salyandan bir qrup şikayətçi məkuub ünvanlayıb.Onlar hələ 2011-ci ildə aldıqları evlərin sənədlərinin olmamasından narazılıq edirlər. Narazı rayon sakinlərinin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, 2010 –cu ilin dekabr ayının 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış yeni yaşayış massivində açılışı olan evlər rayonun müxtəlif sakinlərinə verilib: “Həmən ərazidə birmərtəbəli 167 ev inşa olunmuşdur ki, bunlardan 6-sı dörd otaqlı, 29-u üç otaqlı, 131-i iki otaqlı, biri isə bir otaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda daxili yollar asfaltlanıb. Şəhərcik daxilində 3 min 755 metr qaz xətti və 2 min metr içməli su xətti çəkilib, 49 müasir işıqlandırma dirəyi quraşdırılıb. Qəsəbə tam şəkildə mavi yanacaq və elektrik enerjisi ilə təmin olunmuş, sayğaclaşdırma işləri başa çatdırılıb. Ümumilikdə, 5 min 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, 12 min ağac və bəzək kolları əkilib”. Yəni, bir sözlə, yaşayış üçün hər şey olsa da məhz Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun iştahası sakinlərin evlərini sənədləşdirə bilməsini əngəlləyir. Sakinlər bildirir ki, bu proses üçün ən az istənilən rüşvət məbləği 1500 manatdır. Sakinlərin sözlərinə görə, əgər onlar qanuni evlərinə sənədləşə bilməzlərsə, o zaman builki prezident seçkilərində də seçici kimi iştirakları mümkün olmayacaq. Onu da bildirək ki, həmin evlərin inşasının yarısı keçmiş icra başçısı Alağa Hüseynovun vaxtına təsadüf edir ki, bu inşaat zamanı həyata keçirilən maxinasiyaların nəticəsi olaraq «yuxarıların» «gözlərinə kül üfürməyi» bacaran keçmiş icra başçısı deputat mandatı əldə etməyə müvəffəq oldu. Geri qayıt |