Əsas Səhifə > Partiya > "ÖZLƏRİ BARIŞMAZ MÖVQEDƏ OLANLAR"...
"ÖZLƏRİ BARIŞMAZ MÖVQEDƏ OLANLAR"...11-06-2013, 10:58 |
..."HANSI DİNCLİYİ GƏTİRƏ BİLƏR?" “Milli Şurada mahiyyətinə, ideologiyasına, dünya görüşünə görə, proseslərə münasibətinə görə, siyasi meydana çıxma manerasına görə müxtəlif qüvvələr toplaşıb. Milli Şura ideya qatışığından ibarətdir. Burada bir-birinə zidd, düşmən mövqedə duran ideyaların daşıyıcıları var. Misal üçün, burada İran İslam Respublikası təsiri altında olan, türban davası aparanlar da var, Avropanın ifrat liberal partiyalarının üzvlərinin, yəni eynicinslilərin evlənməsinin tərəfdarı olanlar da var”. Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib. Onun sözlərinə görə, bu cür qamqarışıq, əcaib bir qurumda vahid namizədin müəyyənləşməsi də, uğur qazanması da çox müşkül məsələdir. Ə.Oruc bu cür yanaşmanın Azərbaycanda uğur qazanmasını istəmir. “Bunların siyasi mövqelərində bir-birinə qarşı barışmazlıq var. Özləri barışmaz mövqedə olanlar Azərbaycana hansı dincliyi gətirə bilərlər? Hansı problemi həll edə bilərlər?” - partiya sədri sual edib. O hesab edir ki, Milli Şuranın vahid namizəd müəyyənləşdirməməsi də başa düşüləndir. “Bu cür qüvvələrin Azərbaycana, ümumiyyətlə, yaxın gəlməməsi arzusundayam. Ümumiyyətlə, Azərbaycana bəlalar gətirə biləcək bu cür adamların siyasi meydanda olmaması daha yaxşıdır”. Geri qayıt |