Əsas Səhifə > Güney Press, Araşdırma > MƏMURLARIMIZ SEÇİM QARŞISINDA
MƏMURLARIMIZ SEÇİM QARŞISINDA11-06-2013, 11:08 |
SƏRVƏT ÜÇÜN VƏZİFƏDƏN İMTİNA EDƏNLƏR VAR Qarşıdan gələn prezident seçkilərinin əndişəsini yaşayan hakimiyyət oktyabrda üzləşəcəyi çətin vəziyyətdən çıxmaq üçün yollar axtarır. JAM.AZ-ın əldə etdiyi məlumata görə, iqtidar mənsubları «ərəb baharı» və Türkiyədə baş verən son olayların artıq ciddi siqnal olduğunun fərqinə varıblar. Xüsusən də Türkiyədə olayların qəfil baş qaldırması rəsmi qurumları daha çox qorxuya salıb. Etibarlı mənbələrdən aldığımız məlumata görə, indiyə qədər «bizi heç kim devirə bilməz» deyimini əsas götürən iqtidar mənsubları, artıq «hər şey mümkündür» yanaşmasını qəbul ediblər. Elə buna görə də, əvvəlki dönəmlərdən fərqli olaraq, camaatın könlünü almaq üçün bir sıra addımlar atmağı planlaşdırırlar. Mənbə iddia edir ki, bu «keyfiyyət dəyişikliyi» əsasən məmur korpusunun təmizlənməsini əhatə etməlidir. Belə ki, hal hazırda əhalinin əsasən hansı qurumlardan narazı olduğunu müəyyənləşdirməyə başlayan hakimiyyət dairələri prosesi də həmin yöndən davam etdirməyi düşünür. Qəribə hal odur ki, iqtidarın bu taktikasında «yanacaq»larını bilən məmurlar belə prosesin həyata keçirilməsinə etiraz etmirlər. Qaynaq deyir ki, onların belə bir addım atması sırf sərvətlərini qorumaq niyyəti güdür. Yəni, «vurulması» real olan məmurlar işdən çıxarılmaları ilə ona görə razılaşırlar ki, bundan sonrakı mərhələdə ən azından yığdıqlarını əllərində saxlaya bilsinlər. Əks təqdirdə, indiki hakimiyyət gedəcəyi təqdirdə onların «məhşər ayağına» çəkiləcəyi şübhəsizdir. Dəyişikliklərin hansı nazirləri və ya nazirlikləri əhatə edəcəyi barədə də bilgili olduğunu bildirən mənbə onların bir qisminin adını bizə sadalayıb. Yaxın saatlarda işdən çıxarılması gözlənilən və qətiləşdirilmiş məmurların adlarını oxucularımıza açıqlayacağıq. Geri qayıt |