Əsas Səhifə > Partiya > BƏZİ QHT-LƏRƏ QARŞI SƏRT İTTİHAM
BƏZİ QHT-LƏRƏ QARŞI SƏRT İTTİHAM11-06-2013, 13:03 |
Hər bir ölkənin müstəqil və demokratik bir ölkə olması üçün mütləqdir ki, həmin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da ictimai fəaliyyətdə aktiv olsunlar. Bu baxımdan dövlətin idarə olunmasında QHT-lərin fikir və təklifləri diqqətə alınmalıdır. Dünyanın hər bir ölkəsində qeyri-hökumət təşkilatları bir növ güzgü rolunu oynayırlar. Bəs görəsən Azərbaycanda bu sahədə vəziyyət necədir və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları respublikanın həyatında, ictimai fəaliyyətdə nə dərəcədə aktivdirlər. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyir ki, qeyri-hökumət təşkilatları bir qayda olaraq dövlətin görə bilmədiyi nöqsanları görüb aidiyyatı qurumlara göstərir: “Qeyri-hökumət təşkilatları həm də dövlətlə vətəndaş arasında körpü rolunu da oynayır. Ancaq təəssüflər olsun ki, hərdən bəzi qeyri-hökumət təşkilatları ya bilərəkdən, ya da bilməyərəkdən xarici kəşfiyyat orqanlarının alətinə çevrilirlər. .Bəzi QHT-lər öz dövlətinə elə bir zərbə vurur ki, o zərbəni heç bir xarici kəşviyyat orqanı birbaşa özü etmək imkanında deyil . Ancaq əsil sağlam düşüncəli qeyri-hökumət təşkilatları öz ölkəsi üçün həm güzgü, həm də körpü rolunda çıxış etməlidir”. Təşkilat sədrinin sözlərinə görə, Azərbaycanda kifayət qədər sağlam düşüncəli, dövlətini, vətənini sevən QHT-lər də var və dövlətin onlar üçün yaratdığı şəraitdən lazımınca istifadə edərək istər dövlətin idarə olunmasında, istərsə də müəyyən problemlərin aidiyyatı orqanların qarşısında qaldırılmasında və həll olunması istiqamətdə aktiv iştirak edirlər: “Dövlət orqanlarının hər birində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq yüksək səviyyədə qurulmuşdur. Ancaq təbii ki, onu da deməliyik ki, ölkəmizdə fəaliyyət göstərən QHT–lərin heç də hamısı bu cür deyil. Təəssüflər olsun ki, Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatları Azərbaycana düşmən olan xarici ölkələrə xidmət edirlər. Təbii ki, burada erməni diasporasının da müəyyən mənada əli var. İnanıram ki, həmin QHT təmsilçiləri bilsələr hansı xidmətlə ölkəmizə nə cür zərbə vururlar və nəyin müqabilində bunları edirlər, onda onlar özləri haqqında ən qəddar cəzanı verərlər. Təbii ki, əgər damarlarında əsil azərbaycanlı qanı axırsa”. Təşkilat sədri əksər dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb: “Biz İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı olaraq əməkdaşlıq etmək istədiyimiz və müraciət etdiyimiz dövlət orqanlarından hər zaman müsbət cavab almışıq. Ancaq söhbət məhz insan alverinə qarşı mübarizə sahəsindəki əməkdaşlıqdan gedirsə. Mən və mənim kim bu sahədə çalışan bütün QHT-nın sədri tam əminliklə deyə bilərik ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordan tam olaraq razıyıq və hər zaman öz davranış, münasibət və qətiyyəti ilə hər birimizin rəğbətini qazanmışdır. Eyni zamanda Daxili İşlər Nazirliyini xüsusi qeyd etmək lazımdır. Rəhbərlik başda olmaqla, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daxil olmaqla hər bir səlahiyyətli əməkdaş QHT-lər və qeyd olunan problemlə bizim arzuladığımız səviyyədə məşğul olurlar. Onlar insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşılq edirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il demək olar ki, insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri həyata keçirilməsi üçün maliyyə vəsaiti ayırır və bu da ölkədə maarifləndirmə işinə böyük təkan verir. Beləliklə biz insan alverinə qarşı mübarizə sahəsində istər cinayətkarlıqla mübarizə aparan, istərsə də maarifləndirmə tədbirlərinə dəstək göstərən hər bir dövlət orqanından QHT-lərlə normal münasibətinə və yüksək səviyyəli əməkdaşılığına görə razıyıq. Çünki heç bir zaman bizim təkliflərimizə və iradlarımıza laqeyd qalınmayıb. Hər zaman diqqətdə olmuşuq”. Geri qayıt |