Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇISI SAATLINI RUSİYADA SATIR
İCRA BAŞÇISI SAATLINI RUSİYADA SATIR11-06-2013, 15:26 |
ƏLİZAMAN RƏHİMOV RAYONU BÜSBÜTÜN ALIB DİA.AZ: - Redaksiyamıza Saatlı rayonunda cərəyan edən özbaşınalıq faktları ilə bağlı məlumatlar ötürülüb. Rayondakı qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Saatlının icra başçısı Siracəddin Cabbarov rayondakı bütün obyektləri rəsmən satışa çıxarıb. Bildirilənlərdən belə aydın olur ki, icra başçısı rayona müştəri də tapıb Mənbənin söylədikləri: «Siraqəddin Cabbarov demək olar ki, rayonu Rusiyada yaşayan iş adamı Əlizaman Sabir oğlu Rəhimova satıb». Bildirək ki, mənbə konkret faktlar da çəkib: «Rayon mərkəzindəki «Muğan» restoranı Əlizaman Rəhimova 30 min dollara satılıb. Heydər Əliyev prospektində yerləşən xəstəxananın yanındakı 3 min kvadratmetrlik torpaq sahəsi, eyni ünvandakı meşə zolağının ərazisindəki 2 böyük restoranın sahəsi - 2 hektardan çox ərazi Əlizaman Rəhimova satılıb». Bundan başqa mənbə bildirir ki, rayonu Əlizaman Rəhimova satmaqla kifayətlənməyən Siraqəddin Cabbarov iş adamının bacısı oğlunu icra hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsinə təyin edib: «Bunun müqabilində isə o, Əlizaman Rəhimovdan 100 min manat alıb». Rayondan verilən xəbərdə qeyd olunur ki, tərəflər arasında «sövdələşmələr» bu gün də davam edir: «Saatlının mərkəzindəki «Mucan» parkı da iş adamına satılacaq. Və bununla bağlı bazarlıq da gedir. Hazırda Siraqəddin Cabbarov Rusiyanın Kislovodsk şəhərində dincəlir. Əslində, bu həm ziyarət, həm də ticarətdir. Çünki orada icrak başçısı Əlizaman Rəhimovla görüşərək bazarlıqlarını davam etdirirlər». Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |