Əsas Səhifə > Siyasət, Manşet > ŞİRİN CƏFƏRİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
ŞİRİN CƏFƏRİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ26-09-2011, 12:22 |
BAŞ REDAKTORUN CƏRİMƏSİNİN MİQDARI ARTIRILIB DİA.AZ: - Bu gün “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri mətbuata müraciət ünvanlayaraq real həbs təhlükəsi ilə üz-üzə qaldığını bəyan edib. Cəfərinin “Dünya” İnformasiya Agentliyinə (dia-az.life) verdiyi müraciətində deyilir: “Məlum olduğu kimi, nə zamandır təsisçisi olduğum «Gündəm Xəbər» qəzetinə qarşı müxtəlif istiqamətlərdən hücumlar edlməkdədir. Və bu hücumlarda yeganə məqsədin qəzetimizin susdurulmasından ibarət olduğu artıq bütün mənalarda təsdiqlənir. Bu hücumların başında isə Mətbuat Şurasının sədri Əflatun amaşov və onun arxalandığı hakimiyyət qruplaşması dayanır. Çünki «Gündəm Xəbər» qəzeti özünün tənqidçi mövqeyinə görə, davamlı olaraq bu hakimiyyət qruplaşması tərəfindən hədəfə alınıb. Və son olaraq Mətbuat Şurasının absurd müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Vergilər Nazirliyininn Vergi Auditi Departamenti mənim fəaliyyətimlə bağlı araşdırmalara başlayıb və bu araşdırmalar da sırf olaraq siyasi sifariş əsasında həyata keçirilməkdədir. Nəticədə mənim barəmdə barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Vergi Auiditi Departamentinin hazırladığı ssifarişli iddialar görə, guya ki, mən qəzetçilik fəaliyyətim zamanı 68 min 244 manat dəyərində vəsaiti vergidən yayındırmışam. Və mən də öz növbəmdə barəmdə ortaya atılan bu iddanının heç bir hüquqi əsasının olmadığını və sırf olaraq müəyyən dairələrin sifarişi ilə ortaya çıxdığını sübut edən sənədləri müvafiq dövlət qurumlarına təqdim etsəm də, nədənsə mənim təqdim etdiyim sənədlərə heç gözucu da baxılmayıb. Halbuki həmin sənədlər bütün iddiaların saxta olduğunu sübut etməkdədir. Və ən gülüncü orasıdır ki, hətta müdafiə məqsədilə təqdim etdiyim sənədlər belə nəzərə alınmayaraq, mənə qarşı elan olunan əvvəlki saxta vergidən yayınma ittihamının məbləğini daha da şişirdərək 107 min manata qədər çatdırıblar. Bütün bunların təbii ki, mənim qəzetçilik, jurnalistika fəaliyyətimlə bağlı olduğunu bildirir və burada məqsədin «Gündəm Xəbər» qəzetinin çökdürülməsinə hesablandığını bəyan edirəm. Bu səbəbdən üzümü bütün beynəlxalq təşkilatlar, ölkə KİV-inin rəhbərlərinə, ictimai-siyasi təşkilatlara, xarici ölkə səfirliklərinə və habelə ölkənin ziyalı kəsiminə tutaraq, onlardan «Gündəm Xəbər»ə qarşı haqsız hücumların dayandırılması üçün kömək istəyirəm. Və bildirirəm ki, sabah saat 15.00-da bu məsələlərlə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirərək, «Gündəm Xəbər»in sıradan çıxarılması prosesi ilə bağlı daha ilginc faktları diqqətinizə çtdıracağam”. Geri qayıt |