Əsas Səhifə > Dünya > ABŞ İRANA QARŞI ƏNƏNƏVİ BƏHANƏDƏN İSTİFADƏ EDƏCƏK

ABŞ İRANA QARŞI ƏNƏNƏVİ BƏHANƏDƏN İSTİFADƏ EDƏCƏK


17-12-2011, 10:54
ABŞ İRANA QARŞI ƏNƏNƏVİ BƏHANƏDƏN İSTİFADƏ EDƏCƏK

“TEHRANIN 11 SENTYABR TERRORUNDA ƏLİ VAR”

Manhettenin dairə məhkəməsi İranın 2001-ci il 11 sentyabr terror aktlarında əli olduğunu etiraf edib. Beləliklə, faciə qurbanlarının vəkillərinin iddiası təmin olunub.

Bu iş üzrə cavabdehlər arasında «Taliban» və «Əl-Qaidə» hərəkatları, Livanın «Hizbullah» qruplaşması, həmçinin dini lider Əli Xameneyi başda olmaqla İranın bir rəhbərlərinin adları var.

İran rəhbərliyi «qarşılıqlı ədavətə son qoyaraq» «Əl-Qaidə» ilə ABŞ əleyhinə birgə fəaliyyət göstərməkdə ittiham olunur.

İddiaçılar bildirirlər ki, İran terror aktını həyata keçirənlərə hücum planlaşdırmaqda kömək edib. Onların sözlərinə görə, bu məsələdə əlaqələndirici rolunu 2008-ci ildə öldürülmüş «Hizbullah»ın səhra komandiri İmad Muqniya həyata keçirib.


Geri qayıt