Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABADDA BAŞÇIYAA QARŞI ÜSYAN DALĞASI
CƏLİLABADDA BAŞÇIYAA QARŞI ÜSYAN DALĞASI12-06-2013, 11:29 |
XALQI İNCİDƏN İCRA BAŞÇISINA ETİRAZ OLARAQ QAPILARDA “X” İŞARƏSİ DİA.AZ: - Cəlilabaddakı mənbələrdən daxil olan məlumata görə rayon əhalisi yerli icra orqanları rəhbərlərinin özbaşınalığından, süründərməçiliydən, rüşvətxorluğundan bezərək, qeyri-adi aksiyaya əl atıb, təşkilatlanmaya qərar verib. DİA.AZ bildirir ki, bu barədə infom.az xəbər yayıb. Belə ki, ilkin seçilən metodlardan biri kimi, məmurlardan narazı kütlə, həyətlərindəki evlərin giriş qapısına “X” işarəsi vurub narazılıqlarını nümayiş etdirir və paralel olaraq imza toplama kompaniyası da keçirirlər. Məlumatda qeyd olunur ki, artıq son 48 saatda narazılığını bildirmək üçün imza atan insanların sayı 824 nəfər olub. Məlumatı dəqiqləşdirmək üçün Cəlialbad Rayon İcra Hakimiyyətinin rəsmi saytına daxil olub, əlaqə nömrələri axtardıq. Bu saytda aparat işçilərindən bir kimsəyə aid tel nömrəsi olmadığından, ümumu şöbəyə aid yeganə əlaqə nömrəsi (025.245.23.31) tapdıq ki, ona da gün ərzində cavab verən olmadı. İkinci cəhddə RİH-in rəsmi sayıtında başçının müavini kimi təqdim olunan ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vidadi Dövlətovun mobil nömrəsin axtarıb tapdıq, amma o nömrədən də səs çıxmadı.. Sonradan bizə məlum oldu ki, sən demə Vidadi Dövlətov 2 aydan çoxdur ki, rayon təhsil şöbəsinin müdiri imiş. Başqa bir mənbədən Musavat partiyası rayon təşkilatınin sədri Hidayət İsmayılovla telfon əlaqəsi saxladıq və baş verənləri ondan öyrənmək istədik. Hidayət bəy rayonda icra orqanlarından yerli əhalinin narazılıqının pik həddə olmasını təsdiqləsə də, səhətində müfəvqəti problem olduqu üçün keçirilən belə bir aksiyadan hələki xəbərsiz olduğunu, araşdırıb bizi məlumatlandırcağını dedi. Qeyd edək ki, Cəlilabadda baş verən etiraz kompaniyasını tam dəqiqləşdirə bilmədiyimiz üçün xəbər tərəfimizdən nə təsdiq, nə də təkzib olunur. Geri qayıt |