Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞİRVANDA İCRA BAŞÇISINA QARŞI HƏRƏKƏTLƏNMƏ

ŞİRVANDA İCRA BAŞÇISINA QARŞI HƏRƏKƏTLƏNMƏ


12-06-2013, 11:39
ŞİRVANDA İCRA BAŞÇISINA QARŞI HƏRƏKƏTLƏNMƏ
BAŞÇININ PUL TƏLƏBİ ARANI QATDI

Şirvan şəhərinin icra başçısı Mərdan Camalovla bağlı JAM.AZ-a yeni məlumatlar daxil olub. Həmin məlumatları isə şəhərin bir qrup ağsaqqalı göndərib. Onlar deyirlər ki, Camalovun əməllərindən beziblər. Hətta artıq Şirvanda onun əlindən yaşamaq belə mümkünsüzə çevrilib.
Sakinlər bildiriblər ki, icra başçısının hal hazırda əsas işi pul qazanmaqdır. Və bunu da təkcə büdcə vəsaitlərini talamaq yolu ilə deyil, həmçinin iş adamlarının gəlirlərinə göz dikməklə həyata keçirirlər. «Şirvan camaatı Mərdan Camalovdan şikayətçidir. Amma kimsə bizim şikayətimizə baxmır. İcra başçısı da özünün müavini Sammit Abıyevlə birlikdə ancaq və ancaq Şirvandakı dövlət idarələri və ozəl obyektlərdən pul yığmaqla məşğuldurlar. Artıq onlar market sahibləri və iş adamlarını bezdiriblər. Hər gün min bir bəhanə ilə onlardan pul qoparırlar».
Şirvanlılar deyirlər ki, Mərdan Camalov təkcə qeyd olunan kontingentdən deyil, həmçinin məktəb direktorlarından da pul tələb edir.

Geri qayıt