Əsas Səhifə > Güney Press, Araşdırma > PREZİDENT ADMİNİSTRASİYASINA DOĞRU YÜRÜŞ QƏRARI
PREZİDENT ADMİNİSTRASİYASINA DOĞRU YÜRÜŞ QƏRARI12-06-2013, 12:40 |
FƏHLƏLƏR NARAZILIQ EDİR Tikinti işlərini həyata keçirən podratçı, pulların yuxarılar tərəfindən yeyildiyini deyir. Fəhlələr isə Prezident Admnistrasiyasına yürüş etməyə hazırlaşırlar AzTV-də həyata keçirilən tikinti işlərində çalışan fəhlələr üsyana qalxıblar. Bu barədə tia.az saytına orada çalışan fəhlələr məlumat veriblər. Məlumata görə, fəhlələr 2 aydır ki, AzTV-yə aid tikinti işlərində 2 aydan çoxdur ki, çalışırlar. Fəhlələrin dediyinə görə, işin icraçısı Yavərv adlı şəxs bir müddətdir ki, fəhlələrin gördüyü işlərin pulunu verməkdən boyun qaçırır; “Biz dəfələrlə xəbərdarlıq etsək də, «pulları yuxarılar yeyiblər» deməklə bizi aldıdır. Halbuki biz 15 manatlıq işləri onlar üçün 3 manata görmüşük. Onlardan tələbimiz də həmin 3 manatlarımızı vermələridir” Fəhlələr deyirlər ki, hər gün sözügedən əraziyə tgəlsələr də bir nəticəsi yoxdur; “Bir gün də AzTV-dən çıxıb, Prezident Admnistrasiyasına yürüş edəcik. Aylardır uşaqlarımıza yemək apara bilmirik. Bəlkə, bizi və ac uşaqlarımızı başa düşən oldu”-deyə fəhlələr əlavə edib. Geri qayıt |