Əsas Səhifə > Partiya > YAP-DAN RÜSTƏM İBRAHİMBƏYOV AÇIQLAMASI

YAP-DAN RÜSTƏM İBRAHİMBƏYOV AÇIQLAMASI


12-06-2013, 14:41
YAP-DAN RÜSTƏM İBRAHİMBƏYOV AÇIQLAMASI
“Milli Şuranın yaradılması Azərbaycanın həyatında hər hansı əhəmiyyət kəsb etməyən, adi hadisədir”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyanın sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixində müxalifətin buna bənzər birləşmələri çox olub: “Lakin həyat göstərib ki, müxalifət bu cür birləşmələri yaratdığı kimi, çox qısa zamanda onları parçalayıb, dağıdıb. Müxalifət birləşməkdən daha yaxşı yaratdıqlarını parçalamağa bacarır”.

Milli Şuranın prezident seçkilərdə şanslarına toxunan Ə. Əhmədovun sözlərinə görə, başında kimin dayanmasından asılı olmayaraq, təşkilatın hər hansı şansı yoxdur: “Milli Şurada təmsil olunanlar 20 il ərzində Azərbaycanın siyasi həyatında iştirak etməyə, seçkilərdə uğur qazanmağa cəhdlər göstəriblər, amma Azərbaycan vətəndaşlarının dəstəyindən məhrum olduqlarına görə heç nə qazana bilməyiblər. Milli Şurada toplaşan insanların hamısı bu və ya digər formada, bu və ya digər dövrlərdə uğursuzluğa düçar olmuş siyasətçilərdir”.

Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsinə toxunan YAP sədrinin müavini deyib ki, onun Azərbaycanın siyasi həyatına hər hansı şəkildə təsir göstərmək imkanı yoxdur: “O, kino sahəsində müəyyən dövrlərdə uğurlar qazanıb və biz bunu əlbəttə ki, etiraf edirik. Amma siyasi sahədə Rüstəm İbrahimbəyovun nə təcrübəsi var, nə də Azərbaycan vətəndaşları siyasətçi kimi ona dəstək verirlər. Belə olan halda, onun rəhbərliyi altında ənənəvi müxalifətin, uğursuz müxalifətin toplaşdığı Milli Şuradan qarşıdan gələn prezident seçkilərində uğur gözləmək sadəlövhlükdən başqa heç bir şey deyil”.

Geri qayıt