Əsas Səhifə > Cəmiyyət, Manşet > GORANBOY ŞEFİ YEYİNTİNİ NECƏ ÖRT-BASDIR EDİR

GORANBOY ŞEFİ YEYİNTİNİ NECƏ ÖRT-BASDIR EDİR


12-06-2013, 15:24
GORANBOY ŞEFİ YEYİNTİNİ NECƏ ÖRT-BASDIR EDİR

DİA.AZ: - Goranboyun icra başçısı Nizaməddin Quliyevin rayonda həyata keçirilən tikinti işləri ilə əlaqədar yol verdiyi nöqsan və yeyinti hallarını araşdıran komissiya fəaliyyətinə xitam verib. DİA.AZ bildirir ki, bu barədə jam.az-a rayondakı mənbələr məlumat veriblər.

Həmin məlumatda deyilir ki, Goranboyda tenderlərin qalibi elan olunmuş «Fəqan Xidmət» firmasının fəaliyyətini yoxlayan komissiya yekunda belə qərara gəlib ki, ortalıqda heç nə yoxdur. Əslində isə icra başçısı bu prosesin yekunlaşması üçün hakimiyyətdəki elə bir qapı olmayıb ki, oraya üz tutmasın. Sonda isə ona elədiklərinə görə güzəşt edərək, yoxlamalara xitam veriblər.

Qeyd edək ki, «Fəqan Xidmət»in rəhbəri Nzaməddin Quliyevin oğlu Ramal Quliyevdir. Ramal Quliyev isə atasının başına çox oyunlar açıb. Onların arasında ən məşhuru isə Kapital Bankın Mingəçevir Şəhər filialına rəhbərlik edərkən çıxardığı oyundur. Verilən məlumata görə, oğul Quliyev həmin vaxt bankın 500 min dollar pulunu mənimsəyib. Həmin pulları isə məşhur xalq artistlərindən biri ilə xaricdə xərcləyib. Məlumatda deyilir ki, həmin vaxt bank mənimsənilən pulların geri verilməsini tələb edib. Lakin Ramal Quliyevi tapmaq mümkün olmadığından, zərəri atası Nizaməddin Quliyev ödəməli olub. Bu barədə verilən məlumatlarda başqa bir maraqlı məqama toxunulub. Hal hazırda həbsdə olan iş adamı Müqayis Verdiyevə istinadən verilən məlumata görə, icra başçısı iş adamı ilə bu məsələdə söhbət edib. Nizaməddin Quliyev Müqayis Verdiyevlə danışaraq, ona oğlunun işini ört-basdır eləmək üçün borca düşdüyünü, rayona ayrılan 2 milyon manatı da məhz həmin məsələləri ört-basdır eləmək üçün xərcləmək fikrində olduğunu dilə gətirib. «İcra başçısı deyib ki, xeyli borcu var və həmin zərərləri də büdcədən ayrılmış pulların hesabına bağlamaq istəyir. Müqayis Verdiyev də onunla razılaşaraq qərarlaşdırıblar ki, fəhlə və ustaların pullarını minimum səviyyədə ödəməklə icra başçısı vəziyyətdən çıxsın».

Amma sonradan məlum olub ki, Nizaməddin Quliyev iş adamını aldatmaq niyyətində olub və bunu da həyata keçirib. Belə ki, Müqayis Verdiyev gördüyü işlərə görə, ona borclu olan icra başçısından 156 min manatını istəyib. Bundan sonra isə iş adamı icra başçısının sifarişi əsasında həbs olunub və hal hazırda da zindandadır.

Qeyd edək ki, hal hazırda Goranboyda heç bir tikinti və abadlıq işləri həyata keçirilmir. Bunları müşahidə etmək üçün bircə dəfə rayona baş çəkmək kiayətdir. Ona görə ki, hal hazırda rayonda Heydər Əliyev Mərkəzinin tikintisi yarımçıq qalıb. Halbuki Goranboya 6 milyon manat vəsait ayrılıb ki, onun da taleyindən kimsənin xəbəri yoxdur. Kənd yollarının çəkilməsi və bir neçə abidənin yenidən qurulması prosesi də eyni şəkildədir və bu işlər də yarımçıq saxlanılıb.

Əslində, 6 milyon manatın taleyi müəmmalı deyil, məlumdur. Çünki Nizaməddin Quliyevin bu pullarla nələr etdiyi əksəriyyətə məlumdur. Məsələn, onun hal hazırda Goranboyda «Nizaməddinin bazarı» kimi tanınan bazarı fəaliyyət göstərir. Bakıda «Vorovski» məhəlləsindəki üz-üzə inşa edilmiş 2 villa da həmin pulların sayəsində ərsəfə gəlib. Gəncə şəhərindəki evi, Göy-Göl rayonunu Mixayılovka kəndindəki villası, Goranboyun Ağca kəndində olan evləri və torpaq sahələri, rayonun mərkəzindəki evi və Tapqaraqoyunlu kəndindəki evləri də büdcə pullarının sayəsində inşa edilib.

Nizaməddin Quliyevin digər gəlir sahəsi isə uşaq baxçaları hesab olunur. Bu barədə verilən məlumatda vurğulanır ki, icra başçısı rayonda adı olub, özü olmayan uşaq bağçalarına ayrılan pulları birbaşa özünə götürür. Fəaliyyət göstərən uşaq bağçalarının rəhbərlərindən isə aylıq pul tələb edir.

Bildirək ki, Nizaməddin Quliyevin adı bəzi digər qalmaqallı məsələlərdə də hallanır. Hətta iddia edilir ki, Goranboyun baş həkimi Faiqin intihara əl atmasında da icra başçısının rolu olub. Bu barədə deyilənlərə görə, icra başçısı baş həkimdən rayonda aparılan tikinti işləri üçün külli miqdarda pul tələb edib. Amma Faiq həkim bu qədər pulu düzəldə bilmədiyindən davamlı olaraq ağır şəkildə tənqid olunub. Bunlara dözə bilməyən baş həkimin sonda özünü asdığı
iddia edilir.

GORANBOY ŞEFİ YEYİNTİNİ NECƏ ÖRT-BASDIR EDİR

Maraqlıdır ki, bunca qalmaqalın içində olan icra başçısı Nizaməddin Quliyev uşaqlarının gələcəyini də düşünməkdən vaz keçməyib. Verilən məlumata görə, onun oğlanlarından biri Ramin Quliyev hazırda Suraxanı rayon Məhkəməsində işləyir. Ədliyyə Nazirliyinin keçirməyə hazırlaşdığı hakimlərin seçilməsi üçün imtahanlara qatılan Ramin Quliyev onun nəticələrini gözləməyəcək. Çünki atası onun yerinə lazım olan adamlarla danışaraq, öğlunun hakim olacağına dair təminat alıb. Belə ki, ona vəd veriblər ki, Ədliyyə Nazirliyinin keçirdiyi imtahanın nəticələrindən asılı olmayaraq, oğlunu rayonlardan birinə hakim təyin etdirəcəklər.

Geri qayıt