Əsas Səhifə > Sosial, Manşet > SAATLIDA VƏZİFƏLƏR RƏSMƏN SATLIĞA ÇIXARILIB

SAATLIDA VƏZİFƏLƏR RƏSMƏN SATLIĞA ÇIXARILIB


13-06-2013, 12:13
SAATLIDA VƏZİFƏLƏR RƏSMƏN SATLIĞA ÇIXARILIB
RUSİYADA YAŞAYAN ƏLİZAMAN RƏHİMOV BAŞÇIDAN İNDİ HANSI POSTU ALIR

DİA.AZ: - Neçə gündür ki, Saatlı rayonunda baş verən məmur özbaşınalığı, yeyinti faktları ilə bağlı informasiyaları diqqətinizə təqdim edirik. Onu da bildirək ki, artıq yazılarımıza rayondan reaksiyalar gəlməkdədir. Onlardan biri də bu gün səhər saatlarında özünü Rusiyada yaşayan iş adamı Əlizaman Rəhimovun RİH-də işləyən bacısı oğlu kimi təqdim edən şəxs oldu ki, bu adamın hansı dönəmdə və hansı dövlətdə yaşadığını müəyyən edə bilmədik. «Mən sizə məndən və dayımdan yazmağı qadağan edirəm» deyən adamın dayısına bu qədər güvəndiyini gördüyüiüzdə, bir tərəfdən sevindik. Hər halda, Saatlının tən yarısını satın alan və hətta daha da irəli gedərək rayonda vəzifələrin belə bazarlığına girişən Əlizaman Rəhimovun sevimli bacıoğlusunun diqqətinə çatdırmaq istəyirik ki, o, bizə hansısa mövzuda yazmağı qadağan edə bilməz. Yox, şəxsinin hallandırılmasını istəmirsə, o zaman tutduğu postdan getməlidir.

DİA.AZ olaraq Əlizaman Rəhimovla bağlı da müəyyən araşdırmalar apardıq ki, onun icra hakimiyyətində işləyən qohumunun əndişəsini anlaya bilək. Və ortaya maraqlı faktlar çıxdı.

Saatlıdakı mənbəmiz bildirir ki, icra başçısı Siraqəddin Cabbarovun əli ilə Saatlını satın alan Əlizaman Rəhimov elə dünən icra başçısından ayrılıb. Belə ki, Siraqəddin Cabbarov onun dəvəti ilə Kislovodskda dincəlirmiş və onlar orada görüşüblər də.

Onların yaxın dost olduğunu bildirən mənbəmiz əlavə edib ki, Rusiyada tərəflər yeni bazarlıqlarını da ediblər. Qeyd edək ki, bu barədə keçən günlərdə məlumat vermişdik. Və aydın olur ki, Əlizaman Rəhimov indi də RİH başçısının birinci müavini postuna müştəri çıxıb. Nə deyirik, bazar olsun…

Geri qayıt