Əsas Səhifə > Dünya > İRANDA KİM PREZİDENT OLA BİLƏR?

İRANDA KİM PREZİDENT OLA BİLƏR?


13-06-2013, 12:37
İRANDA KİM PREZİDENT OLA BİLƏR?
“Mən səsimi Həsən Ruhaniyə verəcəm”. “Media forum” saytının məlumatına görə, bu sözləri İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani iyunun 12-də bir qrup siyasi fəalla görüşündə deyib.

İyunun 14-də İranda prezident seçkisi keçiriləcək. Bu seçkidə Konstitusiyaya Nəzarət Şurası Haşimi Rəfsəncaninin namizədliyini qeydə almayıb.

Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub.

“Media forum”un məlumatına görə, siyasi fəallarla görüşündə Rəfsəncani deyib ki, ictimai rəy sorğuları Həsən Ruhaninin başqa namizədlərdən irəlidə olduğunu göstərir. Görüşdə Rəfsəncani vətəndaşları səsvermədə aktiv iştiraka da çağırıb: “Mən xalqı küsməməyə, sevinc və ümidlə meydana çıxıb seçkiyə qatılmağa çağırıram”.

İyunun 11-də İranın “Mehr” agentliyinin və ABŞ-ın bir özəl araşdırma mərkəzinin ayrı-ayrılıqda keçirdiyi sorğular prezidentliyə namizədlərdən Həsən Ruhani ilə Məhəmmədbağır Qalibafın daha şanslı olduğunu göstərib. Sorğu nəticələrinə görə, onlar seçkinin ikinci turuna çıxa bilərlər.

Həsən Ruhani Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Üləma Məclisinin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun, həmçinin islahatçılara yaxınlığı ilə tanınan Mübariz Ruhanilər Birliyinin üzvüdür.

Məhəmmədbağır Qalibaf Tehranın meridir.

Geri qayıt